• $
  • €
  • ₽
  • ₺
  • £

Nurçular Ərdoğana sülh təklif etdi

Nurçular Ərdoğana sülh təklif etdi
04.01.2014 22:38
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan nurçuların yüksək səviyyəli təmsilçisindən məktub alıb. APA-nın xəbərinə görə, R. T. Ərdoğan bunu jurnalist-yazarlar və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə bu gün İstanbulda keçirdiyi qapalı görüşdə deyib.O, məktubun konkret kimdən gəldiyini açıqlamayıb. Jurnalistlər məktub sahibinin Fətullan Gülən və ya onun yaxın ətrafındakı şəxslərdən biri ola biləcəyini təxmin edir. Məktubda nur (Gülən) icması adından hökumətə sülh və barışıq təklif olunur. Lakin R. T. Ərdoğan heç kimlə sövdələşməyə getməyəcəyini, hüquq-mühafizə orqanları və məhkəmə sistemindəki nurçuların hamısını sistemdən kənarlaşdıracaqlarını qətiyyətlə vurğulayıb. Baş nazir “Ergenekon” və “Balyoz” cinayət işləri əsasında məhkum olunmuş şəxslərin yenidən mühakimə olunmasının mümkünlüyünü də söyləyib. Bu barədə müvafiq araşdırma aparılması üçün ədliyyə nazirinə tapşırıq verilib. Əsgər adı çəkilən cinayət işlərinin ibtidai və məhkəmə istintaqında qanunsuzluqlar, hüquq pozuntuları aşkarlanarsa, generallar başda olmaqla, məhkum olunmuş şəxslər yenidən mühakimə olunacaqlar.   R. T. Ərdoğan 17 dekabr 2013-cü ildə gerçəkləşdirilən rüşvət və korrupsiya əməliyyatını hökumətə qarşı qiyam cəhdi kimi qiymətləndirib. O, aparılan rəy sorğularına əsasən Ədalət və İnkişaf Partiyasının (AKP) reytinqinin qətiyyən aşağı düşmədiyini və 30 mart bələdiyyə seçkilərində yenidən parlaq zəfər qazanacaqlarını açıqlayıb. Xatırladaq ki, Türkiyə hökuməti 17 dekabr əməliyyatında polis, prokurorluq və məhkəmə orqanlarında mövqe tutmuş nurçuları ittiham edir. ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol