• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan Fətullah Güləni və nurçuları əxlaqsızlıqda ittiham etdi

Ərdoğan Fətullah Güləni və nurçuları əxlaqsızlıqda ittiham etdi
29.05.2020 10:43

“Bir tərəfdən “Quran”, Allah, peyğəmbər deyəcəksən, amma adın kasetlərlə, komplolarla anılacaq”

“Doqquz gündür bir əməliyyat həyata keçirilir. Adına korrupsiya və rüşvət əməliyyatı deyildi, daha sonra tarixin ən böyük korrupsiya əməliyyatı deyildi. İstintaqın gizli aparılmasına baxmayaraq, mediaya davamlı məlumat sızdırıldı. Bizə düşən vəzifə bu orqanları təmizləməkdir. İnsanları ləkələməyə kimsənin haqqı yoxdur”. APA-nın xəbərinə görə, bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) vilayət təşkilatlarının rəhbərləri ilə keçirdiyi müşavirədə çıxış edərkən deyib.   

 

R. T. Ərdoğan bildirib ki, hökumətə qarşı bu əməliyyat daxili bir əməliyyat deyil, bunun beynəlxalq miqyası da var: “Gəzi Parkı hadisələrində açıq bir xəyanətə şahid olduq. O zaman hökumətimizin may ayında əldə etdiyi uğurlar hədəf alınmışdı, indi isə kürd probleminin həlli prosesi hədəf alınıb. Bəzi dairələr, qurumlar, mərkəzlər bizə qarşı qurulan bu tələdə maşa kimi istifadə edildilər. Biz bu medianı, bu təşkilatları illərdir çox yaxşı tanıyırıq. Açıq deyirəm: son olay göstərdi ki, Türkiyədə öz dövlətinin deyil, başqalarının mənafeyini düşünən, vətənə xəyanət içərisində olan, başqalarının casusu olan media qurumları və təşkilatlar var. Dövlətin içində təəssüf ki, belələri mövcuddur. Hökumət olaraq biz bunun üzərinə gedirik”.

 

R. T. Ərdoğan bir daha nurçular hərəkatını və onların lideri Fətullah Güləni nəzərdə tutaraq dövlətin içində qeyri-qanuni paralel təşkilatlanmalar olduğunu vurğulayıb: “Bir hərəkat, bir ideya ən əvvəl əxlaq sahibi olmaq məcburiyyətindədir. Hər yolu mübah görən, hər yolu özlərinə rəva görən bir hərəkat əsla uğur qazana bilməz. Bir tərəfdən “Quran”, Allah, peyğəmbər deyəcəksən, amma adın kasetlərlə, komplolarla anılacaq. Kimsənin bu əziz dindən bu cür istifadə etməyə haqqı yoxdur. Bu komplolar Baykala, Dəmirələ, Ərbakana da quruldu. Ən sərt cavabı verməzsək, bənzərləri qurulmağa davam edəcək. Biz bu çirkin əməliyyatdan güclənərək çıxacağıq”.

ANN.Az  

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol