• $
  • €
  • ₽
  • ₺
  • £

Keçmiş nazir Ərdoğanı sərt tənqid etdi

Keçmiş nazir Ərdoğanı sərt tənqid etdi
29.05.2020 09:37
 Türkiyənin keçmiş mədəniyyət və turizm naziri, Ədalət və İnkişaf Partiyasının (AKP) İzmir millət vəkili Ərtoğrul Günay baş nazir Rəcəb Tayyib Ərdoğanı sərt tənqid edib.APA-nın xəbərinə görə, Ə. Günay “Hürriyet” qəzetinə açıqlamasında R. T. Ərdoğanın Pakistandan qayıtdıqdan sonra hava limanında tərəfdarları qarşısında etdiyi çıxışı üzüntü ilə izlədiyini söyləyib: “Bir neçə gündür hörmətli baş nazir ölkə xaricində idi. Hadisələri daha soyuqqanlı təhlil etmək üçün fürsət əldə etdiyini və cəmiyyətin bütün təbəqələrini rahatladacaq şeylər söyləyəcəyini düşünürdüm. Təəssüf ki, belə bir çıxış olmadı. Öncəki həftə Qara dəniz bölgəsində söylədiklərini təkrarladı. Bir neçə nazir və nazir övladı ilə bağlı konkret iddialar və bəzi görüntülər haqda şübhələrimizi dağıda biləcək heç nə söyləmədi. Bank müdirinin evində tapılan, ayaqqabı qutularında gizlədilmiş milyonlara toxunmadı. Cəmiyyətin gözləntiləri özünü doğrultmadı. Üzərindən bir həftə keçməsinə rəğmən, oğlu rüşvətə vasitəçilik etmək ittihamı ilə həbs edilmiş nazir öz vəzifəsində qalır və polis təşkilatında təyinatlar həyata keçirir. Mən şəxsən baş verənləri böyük bir acı içərisində izlədim. AKP-yə səs vermiş və verməmiş milyonlarla vətəndaşımız kimi, mən də baş nazirin açıqlamalarını böyük bir üzüntü və hüznlə dinlədim”. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol