Hadisə və İrem Derici də daxil olmaqla bir neçə məşhur narkotik şübhəsi ilə saxlanılıb

İstanbulda aparılan narkotik istintaqı çərçivəsində, aralarında tanınmış müğənnilər Hadisə, İrem Derici və aktrisa Demet Evgarın da olduğu bir neçə məşhur ifadə vermək və qan nümunəsi təqdim etmək üçün saxlanılıb. Bu barədə Türkiyə mətbuatı yazır.
İstanbul Cumhuriyyət Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində "narkotik və ya psixotrop maddə istifadəsi" maddəsi ilə cinayət işi açılıb. İctimaiyyətə açıq mənbələrə əsasən, ən azı səkkiz məşhur bu səbəblə İstanbul İl Jandarma Komandanlığına aparılıb.
Saxlanılan şəxslər bunlardır:
Hadisə Açıkgöz, İrem Derici, Dilan Polat, Engin Polat, Kaan Yıldırım, Berrak Tüzünataç,Duygu Özaslan,Mert Yazıcıoğlu.
İstintaq çərçivəsində şübhəlilərin qan və sidik analizləri aparılır və ifadələri alınır. Hələlik rəsmi olaraq heç kimə qarşı ittiham irəli sürülməyib.
Türkiyədə son illərdə ictimai fiqurlar arasında narkotiklə bağlı hüquqi prosedurların intensivləşdiyi müşahidə olunur. 2023-cü ildə oxşar istintaqlar çərçivəsində bir neçə aktyor və sosial media fenomeninə cinayət işi açılıb. Prokurorluq, bu proseslərin ictimai nümunə yaratmaq və narkotik istifadəsinin qarşısını almaq məqsədi daşıdığını bildirib.
Mövzu ilə bağlı Türkiyə Ədliyyə Nazirliyi və İstanbul Cumhuriyyət Baş Prokurorluğundan rəsmi açıqlama gözlənilir.
Aytac
Son xəbərlər
Daha çox 