• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə yüksək rütbəli məmur oğlu Azərbaycana qaçıb?

Türkiyədə yüksək rütbəli məmur oğlu Azərbaycana qaçıb?
29.05.2020 09:12
Türkiyədə Rəcəb Tayyib Ərdoğan iqtidarını sarsıdan və arxasında Fətullah Gülənin dayandığı 17 dekabr həbs əməliyyatının ardınca Ankara Böyükşəhər bələdiyyə başqanı Məlik Gökçəkin oğlu Osman Gökçəkin Azərbaycana qaçdığı məlum olub.Virtualaz.org saytı Türkiyə qaynaqlarına istinadən xəbər verir ki, üç nazir oğlunun də həbs olunduğu əməliyyatdan sonra “Beyaz TV”-nin sahibi olan başqan oğlu “iş dalınca” təcili Azərbaycana uçub. Məlumatı internet portallarından birinə AKP-yə yaxın qaynaq verib.Melik Gökçək növbəti dəfə AKP-nin Ankara bələdiyyə başqanlığına namizədliyi irəli sürülüb. Bildirilir ki, namizədliyi açıqlanmazdan əvvəl o, baş nazir Ərdoğanın lehinə tez twitter mesajları yayırmış. Lakin Melik Gökçək 17 dekabrdan bu yana bir dəfə də olsun Fətullah Gülən təriqətinin əleyhinə mesaj yaymayıb.Ankara bələdiyyə başqanının təriqəti qəzəbləndirəcək hər hansı bəyanatla çıxış etməkdən çəkinməsi AKP içərisində onun əleydarlarını daha da qəzəbləndirib.Bələdiyyə başqanının oğlunun sahibi olduğu “Beyaz TV” isə açıq şəkildə Fətullah Güləni vurmasa belə siyasətə dair tok-şoularında təriqəti tənqid edən ekspertlərə tribuna verir.Müşahidəçilər qeyd edir ki, Melik Gökçək Fətullah Gülənlə Ərdoğan arasında müharibədə kimin üstün gələcəyini gözləyir və bu mərhələdə tərəflərdən hansısa birini dəstəkləməməyi üstün tutur.Qeyd edək ki, Ankara bələdiyyə başqanının oğlu birinci dəfə deyil Azərbaycana qaçır. 2009-cu ildə Türkiyədəki bələdiyyə seçkiləri ərəfəsində də Melik Gökçəkin oğlu yaralı halda Bakıya qaçmışdı.Bəs bələdiyyə başqanının oğlu həmin il Bakıya niyə qaçmış, yaxud qaçırılmışdı?Xatırladırıq ki, həmin seçki ərəfəsində AKP-nin Ankara Keçiörən bələdiyyə başqanlığına namizəd Turqut Altınokla bağlı qalmaqal baş verib. Keçmiş MHP-çi olan və AKP qurulduqdan sonra bu partiyaya keçərək Keçiörən bələdiyyə başqanı seçilən Altınok bu seçkilərdə namizədliyini verdikdən onun seks görüntüləri internetdə yayılıb. T.Altınok bu görüntülərin yayılmasında Melik Gökçəki günahlandırıb. Bildirilib ki, görüntülərin yayılmasını Gökçəkin bizneslə məşğul olan oğlu Osman təşkil edib.Nəticədə T.Altınok namizədliyini geri götürməyə məcbur olub və uzun müddətdir intriqalarda olduğu Ankara bələdiyyə başqanı ilə haqq-hesab çəkməyi qərara alıb. O, görüntüləri yayan Osman Gökçəki ayağındab tapança ilə vurub. Lakin bu hadisə Gökçəkin seçki kampaniyasına zərbə vura biləcəyinə görə gizli saxlanılıb, hadisəni gizlətmək üçün Gökçəkin oğlu Osman Gökçək Türkiyədəki xəstəxanalara da yerləşdirilməyib. Onu gizli şəkildə əvvəlcə Dubaya, 4 gün sonra isə Bakıya gətirib, buradakı xəstəxanaların birinə yerləşdiriblər. Daha sonra izi itirmək məqsədiləAnkara bələdiyyə başqanının oğlunu Bakıdan naməlum ölkəyə aparıblar. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol