• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan parlamenti Rusiya ilə sazişləri təsdiqlədi

Ermənistan parlamenti Rusiya ilə sazişləri təsdiqlədi
29.05.2020 06:45
Ermənistan parlamenti növbədənkənar iclasında təbii qaz, neft məhsulları və emal olunmamış almazın təchizatı, eləcə də qazın yeni qiyməti və “ArmRosqazprom” şirkətinin səhmlərinin 20 faizinin Rusiyaya verilməsinə dair Ermənistan və Rusiya hökumətləri arasında imzalanmış sazişləri ratifikasiya edib.APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, səsvermə zamanı “Erməni Milli Konqresi”, “İrs”, “Çiçəklənən Ermənistan” və “Daşnaksutyun” partiyalarını təmsil edən deputatlar zalı tərk ediblər. Nəticədə içəridə 120 deputatdan 77-si qalıb və onların hamısı sazişlərin lehinə səs verib.  Səsvermə zamanı parlamentin önündə keçirilən etiraz aksiyasının 3 iştirakçısı zala daxil olub və onlar əllərindəki plakatla tribunanın önündə dayanıblar. Fasilə elan olunduqdan sonra onlar çıxarılıb. Sədr Ovik Abramyan bildirib ki, müxalifətçilər hakimiyyətdəki Respublika Partiyasının deputatlarının səsvermə kartlarını götürüblər. Bu səbəblə səsvermə köhnə qaydada, əl qaldırmaqla keçirilib.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol