• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyənin baş naziri xarici səfirlərə xəbərdarlıq etdi

Türkiyənin baş naziri xarici səfirlərə xəbərdarlıq etdi
29.05.2020 06:16

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkədəki xarici dövlətlərin diplomatik nümayəndəliklərini ölkənin daxili işinə qarışmamağa çağırıb.

Türkiyə mətbuatının verdiyi xəbərə görə, baş nazir son günlər rüşvət qalmaqalı ətrafında yaranan hadisələrə münasibət bildirərək qeyd edib ki, bu, beynəlxalq və daxildə olan, Türkiyənin güclənməsini istəməyən qüvvələrin apardığı əməliyyatdır. Onun sözlərinə görə, hüquqa əks olan bu hadisələr, öz əksini elə hüquqda tapacaq: «Bu əməliyyat hökumətə qarşı atılmış bir addımdır. Bizim məsələmiz hüquqi işdir. Hüquqşünasların da hüquqa hörmət etməsi lazımdır. Əgər kənardan idarə olunaraq hərəkət etsələr, biz siyasətçilər olaraq üzərimizə düşəni hər zaman etdik, bundan sonra da davam edəcəyik».

R.T.Ərdoğan Türkiyədə olan səfirliklərin nümayəndələrini bu hadisələrə müdaxilə etməməyə çağırıb: «Son günlər səfirlər bəzi təxribat yönlü hərəkətlər edirlər. Mən onlara müraciət edirəm, işinizi görün. Əgər vəzifə sahənizi aşarsınızsa, bu, hökumətlərinizin səlahiyyət sahəsində olan yerə qədər gedər. Biz sizləri ölkəmizdə tutmağa məcbur deyilik. Əgər sizin ölkələrinizdə, bizim səfirlərimiz bu cür oyunlara qarışırsa, siz bizə xəbər verin, sizin onları geri göndərməyinizə ehtiyac yoxdur, biz çağırarıq».

APA

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol