Pakistanda zəlzələ baş verib, ölən və yaralananlar var
Pakistanın Pəncab əyalətinin şimalında yerləşən Celam dairəsində baş verən 4,8 maqnitudalı zəlzələ nəticəsində azı bir nəfər həlak olub, 11 nəfər yaralanıb.
“Dawn” nəşrinin yerli administrasiyaya istinadən yaydığı məlumata görə, yaralılardan səkkizi xəstəxanaya yerləşdirilib.
Zəlzələnin episentri Celam şəhərindən təxminən 58 kilometr cənub-qərbdə, ocağı isə 12 kilometr dərinlikdə qeydə alınıb.
Hadisə nəticəsində 10 ev zədələnib, xilasetmə və polis qüvvələri əraziyə cəlb olunub. Axtarış-xilasetmə əməliyyatları davam edir.
Rəsmilər bir yeniyetmənin öldüyünü, 12 nəfərin isə ilkin tibbi yardım aldıqdan sonra tibb müəssisələrinə çatdırıldığını bildiriblər.
Son xəbərlər
Daha çox