• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyanın partiyası seçkilərdə səslərin 56,7%-ni toplayıb - Yenilənib

Paşinyanın partiyası seçkilərdə səslərin 56,7%-ni toplayıb - Yenilənib
07.06.2026 21:03

Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası parlament seçkilərində keçirilən “exit-poll”un nəticələrinə əsasən 56,7% səslə liderlik edir.Bu barədə “Civic News” internet resursu məlumat yayıb.

Resursun məlumatına görə, erməni əsilli rusiyalı iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” Partiyası 17,5% səs toplayır.

 

 

***

Ermənistanda parlament seçkilərində səsvermə başa çatıb.

Yerli vaxtla saat 20:00-da bağlanan seçki məntəqələrində səsvermənin yekunlarına əsasən, seçki hüququna malik 2 milyon 503 min 976 vətəndaşdan 1 milyon 224 min 957-si səs verib ki, bu da seçicilərin 48,9 faizini təşkil edir.

Rəsmi məlumatlara görə, seçici fəallığı beş il əvvəl keçirilmiş son parlament seçkiləri ilə müqayisədə 11 faiz yüksək olub.

Seçkilərdə iki seçki bloku və 16 siyasi partiya olmaqla ümumilikdə 18 siyasi qüvvə mübarizə aparıb. Qanunvericiliyə əsasən, parlamentdə təmsil olunmaq üçün partiyalar ən azı 4 faiz, iki partiyadan ibarət bloklar 8 faiz, ikidən çox partiyanı birləşdirən bloklar isə 10 faiz səs toplamalıdır. Seçici fəallığı üzrə minimum hədd nəzərdə tutulmayıb.

Səsvermə prosesini ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) 328, MDB-nin isə 120 müşahidəçisi daxil olmaqla 647 beynəlxalq müşahidəçi izləyib.

Seçkilərin işıqlandırılması üçün 181 xarici və 71 yerli media qurumu akkreditasiya alıb.

***

Saat 14:00-a olan məlumata görə, Ermənistanda keçirilən parlament seçkilərində səsvermə hüququ olan 2.505.102 seçicinin 847.226-sı və ya 33,84 faizi səsvermədə iştirak edib.Bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasına (MSK) istinadən “Armenpress” agentliyi məlumat yayıb.

***

Ermənistanda keçirilən parlament seçkilərində yerli vaxtla saat 11:00-a olan məlumata görə, seçicilərin 14,48%-i səsvermədə iştirak edib.

Ermənistan Mərkəzi Seçki Komissiyasının üzvü Anna Qriqoryan bildirib ki, seçici siyahılarında 2 milyon 503 min 976 nəfərin adı yer alıb. Onun sözlərinə görə, səsvermənin ilk üç saatı ərzində 362 min 657 seçici səs verib.

MSK-nın məlumatına əsasən, ən yüksək seçici fəallığı Tavuş vilayətində qeydə alınıb və burada iştirak səviyyəsi 17,84% təşkil edib. Sonrakı yerlərdə 17,55% ilə Sünik və 16,02% ilə Kotayk vilayətləri qərarlaşıb.

Paytaxt İrəvanda isə seçici fəallığı ölkə üzrə orta göstəriciyə yaxın olub. Şəhərdə qeydiyyatda olan 849 min 488 seçicidən 122 min 856 nəfəri səsvermədə iştirak edib ki, bu da 14,46%-ə bərabərdir.

***

Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkiləri üçün bütün 2005 seçki məntəqəsinin açıldığını təsdiqləyib və səsvermə zamanı rast gəlinən texniki problemlər barədə bildirib.Bu barədə MSK sədri Vaaqn Ovakimyan qurumun "YouTube" kanalında yayımlanan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bəzi seçki məntəqələrində texniki nasazlıqlar, o cümlədən seçici siyahılarının çap və elektron versiyalarında seçicilərin səsvermə nömrələri arasında uyğunsuzluqlar qeydə alınıb.

Ovakimyan bildirib ki, belə halların müşahidə olunduğu məntəqələrdə seçicilərdən adlarının qarşısında imza etmələri tələb olunub.

MSK sədri əlavə edib ki, bütün seçki məntəqələri normal rejimdə fəaliyyət göstərir.

***

Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərində səs verib.

Paşinyan səhər saatlarında İrəvanın Şenqavit rayonundakı seçki məntəqəsində səsvermədə iştirak edib.

***

Ermənistanda yerli vaxtla saat 08:00-da parlament seçkiləri üzrə səsvermə başlayıb.

Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 2,49 milyona yaxın seçici səsvermə hüququna malikdir. Ölkə üzrə 2 005 seçki məntəqəsi fəaliyyət göstərir və səsvermə saat 20:00-da başa çatacaq.

Seçkilərdə 18 siyasi qüvvə — iki blok və 16 partiya mübarizə aparır. Parlamentə düşmək üçün partiyalar 4 %, seçki blokları isə tərkibindən asılı olaraq 8-10 % səs toplamalıdır.

Rəy sorğularına əsasən, baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyası seçici dəstəyi üzrə öndədir.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol