• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ və İran sülh memorandumu imzalayıb

ABŞ və İran sülh memorandumu imzalayıb
15.06.2026 09:06

ABŞ Prezidenti Donald Tramp İranla razılaşma əldə olunduğu bildirib və bu razılaşmanı regionda sülh və təhlükəsizliyə töhfə verəcək mühüm addım kimi qiymətləndirib.

Tramp bu barədə bazar günü Truth Social platformasında paylaşım edib.

"Bu böyük razılaşma bütün regiona sülh və təhlükəsizlik gətirəcək", - o yazıb.

Tramp əlavə edib ki, saziş imzalandıqdan sonra Hörmüz boğazının fəaliyyəti bərpa olunacaq.

İranın Ali Milli Təhlükəsizlik Şurası Tehran və Vaşinqton arasında aylarla davam edən danışıqlardan sonra müharibənin dayandırılmasına dair memorandum imzalandığını açıqlayıb.

Şuranın bəyanatında bildirilib ki, Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatlar dərhal dayandırılacaq. Sənədin iyunun 19-da rəsmi şəkildə imzalanacağı, yekun sülh sazişi üzrə danışıqların isə tərəflərin ilkin öhdəlikləri yerinə yetirməsindən sonra başlayacağı qeyd olunub.

Bəyanatda Pakistan və Qətərin vasitəçilik səylərinə görə təşəkkür ifadə edilib.

İranın Mehr agentliyinin məlumatına görə, tərəflər arasında hazırlanan sülh sazişi layihəsi 14 bənddən ibarətdir.

Layihəyə əsasən, hərbi əməliyyatların dayandırılması, ABŞ-ın İranın daxili işlərinə qarışmamaq öhdəliyi, dəniz blokadasının ləğvi, ABŞ qüvvələrinin regiondan çıxarılması və Hörmüz boğazının fəaliyyətinin bərpası nəzərdə tutulur.

Sənəddə həmçinin İranın neft ixracına tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması, Tehranın maliyyə aktivlərinə çıxışının təmin edilməsi və ölkənin bərpası üçün maliyyə dəstəyinin göstərilməsi ilə bağlı müddəalar yer alıb.

Layihəyə görə, tərəflər nüvə proqramı ilə bağlı yekun razılaşmanın əldə olunması məqsədilə 60 gün ərzində danışıqlar aparacaq. İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə sadiqliyini təsdiqləyəcək və nüvə silahı istehsal etməyəcəyini öhdəsinə götürəcək.

Mehr-in məlumatına əsasən, yekun saziş BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiqlənməlidir. Layihədə İranın raket proqramı və regiondakı müttəfiq qruplara dəstəyinin danışıqlar predmetinə daxil edilmədiyi də vurğulanır.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol