Çində təyyarə 109 mərtəbəli binaya çırpılıb
Çinin paytaxtı Pekində yüngülmühərrikli təyyarə şəhərin ən hündür binası olan 109 mərtəbəli “CITIC Tower” göydələninə çırpılıb.Bu barədə Çin mətbuatı məlumat yayıb.
Məlumata görə, qəza nəticəsində təyyarənin və binanın qırıntıları yüksəkdən yerə düşüb, göydələnin giriş hissəsində kiçik yanğın baş verib. Hadisədən sonra bina təxliyə olunub, ətrafdakı bəzi nəqliyyat vasitələrinə ziyan dəyib.
Hadisə yerinə çoxlu sayda polis və təcili tibbi yardım briqadaları cəlb edilib, binanın ətrafındakı yollar bağlanıb.
Məlumata əsasən, “Shifosi” hava limanından havaya qalxan “Sunward SA 60L Aurora” tipli təyyarədə yalnız pilot olub. Təyyarənin eniş üçün geri dönməyə hazırlaşdığı, lakin marşrutdan kənara çıxdığı və onunla əlaqənin kəsildiyi bildirilir.
Çin rəsmiləri hadisə ilə bağlı hələlik ölən və yaralananlar barədə məlumat açıqlamayıb. Qəzanın səbəbləri araşdırılır.