• $
  • €
  • ₽
  • ₺
  • £

Tramp Ukrayna məsələsi ilə bağlı Putinlə danışmağı planlaşdırdığını bildirib

Tramp Ukrayna məsələsi ilə bağlı Putinlə danışmağı planlaşdırdığını bildirib
08.07.2026 17:57

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışmaq niyyətində olduğunu bildirib. Danışıqda Rusiya-Ukrayna münaqişəsinin nizamlanması məsələlərinin müzakirə olunacağı gözlənilir.

Tramp bunu Ankarada keçirilən NATO sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı deyib.

ABŞ lideri bildirib ki, əvvəlcə razılaşmanın daha tez əldə olunacağını düşünürdü, lakin Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqlar prosesi gözləniləndən daha çətin olub.

“Biz bir çox müharibəni həll etmişik. Mənə elə gəlirdi ki, bu, ən asanı ola bilər. Amma Putin çətin xarakterdir, bu oğlan da [Zelenski] çətin xarakterdir. Bu, ən asan məsələ deyil, heç də asan deyil. Bu, çox böyük səylər tələb edir”, — Tramp bildirib.

Bununla yanaşı, o, son həftələrdə tərəflərin ciddi irəliləyiş əldə etdiyinə inandığını deyib.

“Amma düşünürəm ki, son bir neçə həftə ərzində böyük irəliləyiş əldə etmişik və görəcəyik proses necə davam edəcək”, — ABŞ Prezidenti qeyd edib.

Trampın sözlərinə görə, o, bu gün daha sonra Putinlə danışmağı planlaşdırır. Telefon danışığında Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı məsələlərin müzakirə olunacağı gözlənilir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail ordusu HƏMAS və "Hizbullah" üzvlərinə hücum edib
Dünya 22:35
İsrail ordusu HƏMAS və "Hizbullah" üzvlərinə hücum edib
İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
Dünya 21:07
İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib
Dünya 18:24
Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
Dünya 23:50
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Dünya 23:06
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Dünya 21:20
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
Dünya 17:04
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Dünya 23:04
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol