ABŞ-nin İrana zərbələri nəticəsində 8 hərbçi ölüb
ABŞ-nin İranın cənubuna endirdiyi son zərbələr nəticəsində İran ordusunun səkkiz hərbçisi həlak olub. Bu barədə İran dövlət televiziyası IRIB ordunun bəyanatına istinadən məlumat yayıb.
Məlumata görə, həlak olanlar Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinə daxil olub. Onların Bəndər-Abbas və Buşehr bölgələrində öldürüldüyü bildirilib.
İran ordusu hücuma cavab veriləcəyini bəyan edib.
Oxşar xəbərlər
Oxşar xəbərlər