• $
  • €
  • ₽
  • ₺
  • £

İranda iki fransız diplomat saxlanılıb

İranda iki fransız diplomat saxlanılıb
20.07.2026 21:07

İranın təhlükəsizlik orqanları Fransa səfirliyinin iki əməkdaşını saxlayıb.Bu barədə Fransa xarici işlər naziri Jan-Noel Barro “X” sosial şəbəkəsində məlumat verib.

Barro bildirib ki, səfirliyin 2 əməkdaşı bazar günü axşam heç bir əsas göstərilmədən bir neçə saat saxlanılıb və dindirilib: “Onlardan biri saxlanılarkən fiziki təzyiqə də məruz qalıb. Daha sonra hər iki diplomat səfirliyə qayıdıb və hazırda təhlükəsiz şəraitdədir. Onların yaxın saatlarda Fransaya qayıtması gözlənilir”.

Nazir qeyd edib ki, insident xüsusilə narahatedicidir, çünki həmin diplomatlar Fransanın İranın vətəndaş cəmiyyətinə, o cümlədən iranlı alim və sənətçilərə dəstək proqramlarına cavabdehdirlər.

Barro hadisəni “son dərəcə ciddi qorxutma cəhdi” adlandıraraq, İran tərəfinə bunun qəbuledilməz olduğunu və nəticəsiz qalmayacağını çatdırdığını bildirib. Bununla belə, Parisin hansı cavab tədbirlərini görəcəyi barədə hələlik məlumat verilməyib.

İranın Xarici İşlər Nazirliyi isə Fransa tərəfinin ittihamları ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol