• $
  • £

Tramp İranla razılaşma əldə olunması perspektivlərini şərh edib

Tramp İranla razılaşma əldə olunması perspektivlərini şərh edib
09.08.2026 22:52

ABŞ Prezidenti Donald Tramp İranın iqtisadi vəziyyətinin pisləşdiyini və sonda Tehranla razılaşmaların əldə olunacağını bildirib.

Bu barədə Ağ Ev rəhbəri "Axios" portalına müsahibəsində danışıb.

"Biz səssiz şəkildə hərəkət edirik", - deyə ABŞ Prezidenti Tehrana qarşı atılacaq növbəti addımlardan danışarkən bildirib.

Materialda izah olunub ki, "ABŞ rəsmiləri Trampın bir həftə əvvəl İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa etməyə meylli olduğunu, lakin daha sonra onu hələlik gərginliyin azaldılması yolunu seçməyə inandırdıqlarını bildiriblər".

"Biz onlarla yalnız qismən danışıqlar aparırıq. Biz sadəcə olaraq inflyasiyanın çox yüksək olduğu və pulunun olmadığı İrana baxırıq", - portal Trampın sözlərini sitat gətirib.

Onun fikrincə, iqtisadi baxımdan İran "çox pis vəziyyətdədir".

ABŞ liderinin hesab etdiyi kimi, bu, xüsusilə ölkəsi tərəfindən İrana tətbiq edilən dəniz blokadası ilə əlaqədardır.

"Hər şey nəticə verəcək. Hər şey həmişə nəticə verir. Bu, şahmat oyunu kimidir", - deyə Tramp İranla razılaşma əldə olunması perspektivlərini şərh edib

Oxşar xəbərlər
Oxşar xəbərlər

Macarıstan 10 rusiyalı diplomatı ölkədən çıxarır
Dünya 13:19
Macarıstan 10 rusiyalı diplomatı ölkədən çıxarır

İranda benzinin qiyməti ikiqat bahalaşıb
Dünya 10:07
İranda benzinin qiyməti ikiqat bahalaşıb
İrlandiyada vətəndaşlıq almaq qaydaları sərtləşdirilir
Dünya 22:49
İrlandiyada vətəndaşlıq almaq qaydaları sərtləşdirilir
“Formula 1”in keçmiş rəhbəri Berni Ekklstoun Portuqaliyada saxlanılıb
Dünya 22:01
“Formula 1”in keçmiş rəhbəri Berni Ekklstoun Portuqaliyada saxlanılıb
İsrail Livanda əməliyyatları davam etdirir - 27 ölü, 69 yaralı var
Dünya 21:37
İsrail Livanda əməliyyatları davam etdirir - 27 ölü, 69 yaralı var
Almaniyanın Peterburqdakı baş konsulluğunun fəaliyyəti dayandırılır
Dünya 18:24
Almaniyanın Peterburqdakı baş konsulluğunun fəaliyyəti dayandırılır
Ermənistan və Türkiyə iş adamları sərhədyanı əməkdaşlığı müzakirə ediblər
İqtisadiyyat 13:03
Ermənistan və Türkiyə iş adamları sərhədyanı əməkdaşlığı müzakirə ediblər

Rusiya qüvvələri ötən gecə 306 Ukrayna PUA-sını vurub
Dünya 10:18
Rusiya qüvvələri ötən gecə 306 Ukrayna PUA-sını vurub
Tramp Ayın ABŞ-yə məxsus olduğunu iddia edib
Dünya 23:45
Tramp Ayın ABŞ-yə məxsus olduğunu iddia edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol