• $
  • €
  • ₽
  • ₺
  • £

Səfir: “Tehran heç vaxt nüvə silahı əldə etmək niyyətində olmayıb”

Səfir: “Tehran heç vaxt nüvə silahı əldə etmək niyyətində olmayıb”
25.11.2013 21:39
“Düşünürük ki, Cenevrədə əldə olunan nəticələr müsbət oldu, çünki dünyanın güclü dövlətləri Atom Enerji üzrə Beynəlxalq Agentliyin (AEBA) nəzarəti altında İranın nüvədən dinc məqsədlər üçün istifadəsi hüququnu tanıdı”.Bunu APA-ya açıqlamasında Cenevrədə İranın nüvə proqramı ilə bağlı keçirilən danışıqlardan sonra əldə olunan nəticələrini şərh edən İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib. Onun sözlərinə görə, yaxın gələcəkdə Avropa Birliyi və ABŞ tərəfindən İrana qarşı tətbiq olunan sanksiyalar mərhələli şəkildə aradan qaldırılacaq, Natanz, Fordo, İsfahan və Bəndər Abbasda yerləşən nüvə obyektləri öz fəaliyyətini davam etdirəcəklər: “Razılaşmanın əldə olunmasından sonra İrana qarşı tətbiq olunan ədalətsiz sanksiyaların aradan qaldırılması bütün regiona və İranın dost ölkələrinin xeyrinə olacaq. Bunun nəticəsində hökumət İranla dost əlaqələrə malik olmaq istəyən dövlətlərlə etimad mühitini yaratmaq niyyətindədir”. Səfir əlavə edib ki, İran heç vaxt nüvə silahı əldə etmək niyyətində olmayıb: “Biz bütün şübhələri aradan qaldırmaq üçün AEBA ilə əməkdaşlıq etməyə hazırıq. Düşünürəm ki, “altılıq” ölkələrinin qəbul edə biləcəyi ən ədalətli qərar İrana qarşı sanksiyaların aradan qaldırılmasıdır. Birincisi, bu, sanksiyaları qeyri-düzgün və ədalətsiz hesab edən İran xalqının tələblərinə hörmət olacaq. İkincisi, bu, nüvə dosyesinin həmişəlik bağlanması üçün İranla razılaşma əldə olunması istiqamətində böyük addım olacaq”.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol