• $
  • €
  • ₽
  • ₺
  • £

Suriyada döyüşən azərbaycanlıların komandiri üzə çıxdı - FOTOLAR

Suriyada döyüşən azərbaycanlıların komandiri üzə çıxdı - FOTOLAR
25.11.2013 14:25

Suriyada Əsəd rejiminə qarşı vuruşan ən böyük qruplaşmanın – “Ceyş əl-Mühacirin al Ənsar”ın (“Mühacirlər ordusu”) komandiri, Əmir Umar əl-Şişaninin əsl kimliyi məlum olub.

Lent.az-ın məlumatına görə, Qərb kəşfiyyatının “The Wall Street Journal”a ötürdüyü xəbərlərdə həmin şəxsin Gürcüstanın Axmeta rayonunun Cokolo kəndindən olan Tarxan Baturaşvili olduğu bildirilir. Batiraşvili Pankisi dərəsində böyüyüb. Atası xristian, anası müsəlmandır. Orta məktəbi bitirdikdən sonra Gürcüstan ordusunda xidmət edib. Hərbi xidmət zamanı xüsusi kəşfiyyatçılar dəstəsinə götürülüb. Serjant rütbəsi alan Baturaşvilinin aylıq əmək haqqı 700 dollar təşkil edib. 2008-ci ilin avqustunda da hərbi münaqişə vaxtı cəbhə xəttində Rusiya tanklarının hərəkətini izləyən kəşfiyyat dəstəsində olub və onların koordinatlarını Gürcüstan artilleriyasına ötürülməsində önəmli rol oynayıb. 2010-cu ildə onda vərəm xəstəliyi aşkarlandığından, bir neçə ayını hərbi hospitalda keçirib. Sağaldıqdan sonra isə hərbi xidmətə yararsız sayılaraq, ordudan tərxis edilib. Atası deyir ki, Tarxan bundan çox məyus olubmuş. Onu hətta yerli polisə də işə götürməyiblər.  2010-cu ildə Baturaşvili qanunsuz silah gəzdirmə ittihamı ilə saxlanılıb və 3 illik həbsə məhkum edilib. Tutulduqdan 16 ay sonra, 2012-ci ilin əvvəlində azadlığa çıxıb və Gürcüstanı tərk edib. O, yaxınlarda ərəb saytlarından birinə müsahibəsində deyib: “Allaha vəd vermişdim ki, türmədən sağ çıxsam, özümü cihada həsr edəcəyəm”. Məlumata görə, Tarxan əvvəlcə Türkiyəyə keçib, bir müddət İstanbulda yaçayıb, sonra isə Suriyaya gedərək ən böyük cihad qruplaşmalarından birini, “Ceyş əl-Mühacirin al Ənsar”ı yaradıb. Bu qruplaşanın tərkibində əsasən Şimali Qafqazdan və keçmiş SSRİ-nin müsəlman ölkələrindən olanlar vuruşur. Suriyada vuruşan azərbaycanlılardan ibarət dəstə də məhz  “Ceyş əl-Mühacirin al Ənsar”ın tərkibindədir. Qruplaşmanın qərargahı Hələb yaxınlığındakı keçmiş həbsxanada yerləşir.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol