• $
  • €
  • ₽
  • ₺
  • £

“Flydubai” təyyarəsinin ələ keçirilməsi ilə bağlı yeni təfərrüatlar açıqlanıb

“Flydubai” təyyarəsinin ələ keçirilməsi ilə bağlı yeni təfərrüatlar açıqlanıb
04.10.2026 23:37

“Flydubai” şirkətinin Dubay–Təl-Əviv reysini həyata keçirən təyyarəsində pilotu zərərsizləşdirərək hava gəmisini ələ keçirməyə cəhd göstərdiyi bildirilən ikinci pilotun dindirmə zamanı təyyarəni Təl-Əvivdəki Ben-Qurion hava limanına çırpmağı planlaşdırdığını söylədiyi açıqlanıb.Bu barədə İsrailin “12-ci kanal”ının jurnalisti Amit Seqal “Telegram” kanalında məlumat yayıb.

Məlumata görə, pilot təyyarənin enişini adi qaydada həyata keçirməyi, son anda isə hava gəmisini terminala yönəltməyi planlaşdırıb.

İsrail mediasının məlumatına əsasən, pilot hücum planını “Flydubai”də işə başlamazdan əvvəl hazırlayıb. O, Təl-Əvivə uçan aviaşirkətləri araşdırdıqdan sonra “Flydubai”ni seçdiyini bildirib.

Pilotun sözlərinə görə, o, bir neçə aviaşirkətdə işə düzəlməyə çalışıb və əməliyyatı şirkətə qəbul edilməzdən əvvəl planlaşdırıb.

Bildirilib ki, pilot planını iyul ayında həyata keçirməyə hazırlaşıb, lakin ekipaj üzvlərindən biri ilə yaxın münasibətinə görə son anda bundan imtina edib.

İsrail mediasının məlumatına görə, o, sonrakı aylarda bir neçə dəfə Ben-Qurion hava limanına uçub və burada hücumun hazırlanması ilə bağlı məlumat toplayıb.

Hadisə sentyabrın 30-da Dubay–Təl-Əviv reysini həyata keçirən “Flydubai” təyyarəsində baş verib. İddialara görə, Oman vətəndaşı olan ikinci pilot uçuş zamanı kapitana hücum edib və hava gəmisinin idarəetməsini ələ keçirməyə çalışıb.

Sərnişinlər və ekipaj üzvləri müdaxilə edərək pilotu zərərsizləşdirib. Təyyarə Səudiyyə Ərəbistanının Təbuk hava limanına təcili eniş edib. Daha sonra sərnişinlər başqa təyyarə ilə İsrailə aparılıb.

Birləşmiş Ərəb Əmirliklərinin Baş Prokurorluğu hadisəni terror aktına cəhd kimi qiymətləndirib. İsrail rəsmiləri isə hadisə ilə bağlı araşdırmanın davam etdiyini bildiriblər.

“Flydubai” araşdırma başa çatana qədər İsrailə uçuşları dayandırdığını açıqlayıb.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol