• $
  • €
  • ₽
  • ₺
  • £

Putin Poroşenkonu telefonda hələlədi

Putin Poroşenkonu telefonda hələlədi
29.05.2020 05:29

Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabov Ukrayna Prezident Administrasiyasında olarkən Rusiya və Ukrayna prezidentləri arasındakı telefon söhbətlərindən birinin şahidi olub.

 

Publika.az xəbər verir ki, bu barədə “İnsider" nəşri şəxsi mənbələrə istinadən bildirir.

 

Dünən “Pyotr Poroşenkonun Bloku” (BPP) fraksiyasının iclasının tamamlanmasını gözləyən jurnalistlər də Prezident Administrasiyasından Rusiya səfiri Mixail Zurabovun çıxmasının şahidi olublar. Mənbə “İnsider”ə bildirib ki, səfirin iştirakı ilə Ukrayna prezidentinin Putinlə ağır danışıqları olub. Mənbənin sözlərinə görə, prezidentlərin söhbəti saatyarım davam edib. Poroşenko fraksiyanın iclasına narazı halda gəlib.

 

“Rusiya ilə problem var. Onlar hücuma başlayacağı barədə hədələyirlər və separatçı respublikaların tanınmasını, həmçinin NATO-da və Avropa Birliyində girişdən imtinanı tələb edirlər”, - nəşrin mənbəyi deyb.

 

Xatırladaq ki, bu, Rusiya prezidentinin Ukraynaya hərbi müdaxilə ilə bağlı ilk hədəsi deyil. Kreml lideri avqustun sonunda da onu Ukraynaya müdaxilədə ittiham edən Avropa liderlərini sərt tonda hədələmişdi.

 

Bu barədə isə  İtaliyanın “La Repubblica” qəzeti Avropa Birliyi liderlərinin toplantısında gedən müzakirələrə istinadən yazmışdı. Müzakirələr zamanı Litva prezidenti Dalya Qribauskayte Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin həm də Avropaya qarşı müharibə olduğunu deyib. Almaniya kansleri Angela Merkel də Rusiyaya qarşı daha sərt sanksiyalara çağırıb, bildirib ki, Moskva ilə bütün danışıqlar cəhdi səmərəsiz qalıb. “Bizim diplomatik kanalların açıq qalması üçün göstərdiyimiz bütün səylərə baxmayaraq, Putin boş vədlər verib və Ukraynanın şərqində vəziyyəti daha da gərginləşdirməkdə davam edib”, - deyə Merkel bildirib.

 

Qəzetin yazdığına görə, bundan sonra Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu söz alıb və Putinin telefon söhbəti zamanı hansı təhdidlərlə çıxış etdiyini danışıb. Barrozu deyib ki, o, Putindən rus qoşunlarının Ukraynaya müdaxiləsi haqda soruşmağa cəhd edib. Lakin Rusiya prezidenti dərhal hədələməyə başlayıb və bildirib: “Problem ondadır ki, əgər mən Kiyevi almaq istəsəm, bunu cəmi iki həftəyə edərəm”.

 

Putinin Barrozu ilə telefon danışığı zamanı Kiyevi almaqla hədələdiyini “Financial Times” qəzetinə Avropa Birliyindəki yüksək rütbəli diplomatik mənbə də təsdiq edib. Mənbə deyib ki, Putin Barrozuya belə deyib: “Əgər mən doğrudan da Ukraynaya hücum etsəydim, Kiyevi iki həftəyə alardım”.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol