• $
  • €
  • ₽
  • ₺
  • £

Xarici işlər nazirləri Qars Bəyanatı imzaladı

Xarici işlər nazirləri Qars Bəyanatı imzaladı
29.05.2020 03:49
Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirləri dekabrın 10-da keçirdikləri dördüncü üçtərəfli görüşlə bağlı Qars Bəyanatı imzalayıblar.

ANN.Az APA-ya istinadən xəbər verir ki, nazirlər bəyanatda ölkələr arasında ikitərəfli və üçtərəfli əməkdaşlığın inkişafının regionda sabitliyin güclənməsi, hər üç ölkənin rifahının yüksəlməsi, regional layihələr və investisiyalar üçün daha əlverişli mühitin yaradılması, xalqlararası münasibətlərin inkişafı kimi ümumi məqsədlərə xidmət etdiyini vurğulayıblar.

Sənəddə 8 iyun 2012-ci ildə imzalanmış Trabzon Deklarasiyası, 28 mart 2013-cü il tarixli Batumi birgə Kommunikesi, 19 fevral 2014-cü il tarixli Gəncə Bəyanatı ilə əsası qoyulmuş üçtərəfli regional əməkdaşlığın əhəmiyyəti vurğulanıb, eləcə də bu əməkdaşlıq mexanizmlərinin, siyasi dialoq və üçtərəfli səciyyəvi layihələrin icra edilməsində effektli vasitə kimi öz əksini tapdığı qeyd olunub.

Nazirlər ölkələr arasında iki və üçtərəfli əməkdaşlığın inkişafından məmnunluq ifadə ediblər. Onlar bir daha strateji tərəfdaşlığa, mehriban qonşuluq, qarşılıqlı hörmət və üç ölkə arasında inama söykənən əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi istiqamətində qəti öhdəliklərini təsdiq ediblər.

Nazirlər həll edilməmiş münaqişələrin regionda sülhü, sabitliyi və iqtisadi inkişafı sarsıtdığını, buna görə də suverenliyə və beynəlxalq səviyyədə tanınan sərhədlər daxilində ərazi bütövlüyünə əsaslanan təcili həllə ehtiyac olduğunu vurğulayıblar.

Onlar regiondakı son vəziyyət haqqında fikir mübadiləsi aparıb, ölkələrin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərini təkrarlayıb və bu istiqamətdə Azərbaycanın Dağlıq Qarabağ regionunda və ətraf rayonlarında, Gürcüstanın Abxaziya və Tsxinvali/Cənubi Osetiya regionlarında münaqişələrin beynəlxalq hüququn fundamental norma və prinsiplərinə, xüsusilə də suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərin toxunulmazlığına əsaslanan təcili nizamlanması barədə çağırışlarını yeniləyiblər.

Nazirlər həmçinin əməkdaşlığın inkişafı və birgə fəaliyyətdə yeni imkanların qazanılması istiqamətində ortaq marağa uyğun regional və qlobal əhəmiyyətli üçtərəfli müntəzəm konsultasiyaların keçirilməsi barədə öhdəliklərini yenidən təsdiqləyiblər.

Nazirlər üçtərəfli görüşlərin çərçivəsinin genişlənməsindən məmnunluq ifadə edib, xüsusilə də üç tərəfli əməkdaşlığı ən yüksək siyasi səviyyəyə qaldıran və bundan sonrakı üçtərəfli görüşlərin inkişafı üçün güclü birgə öhdəliyi təsdiqləyən Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin 6 may, 2014-cü il tarixli Tiflis görüşünü alqışlayıblar.

Onlar həmçinin üç ölkənin müdafiə nazirlərinin Azərbaycanın Naxçıvan şəhərində baş tutan görüşündən məmnunluq ifadə ediblər və iqtisadiyyat nazirlərinin dördüncü görüşünün və üçtərəfli Biznes Forumun keçirilməsinin əhəmiyyətini qeyd ediblər: "Ölkələr arasında yeni yüksək gərginlikli elektrik ötürücü xətlərinin tamamlanması ilə yeni impuls almış enerji sektorunda böyüyən üçtərəfli əməkdaşlığı alqışlayıblar və Cənub Qaz Dəhlizi üçün əsas magistral rolunu oynayan və cəlb olunmuş bütün ölkələr üçün enerji təhlükəsizliyinin zəmanəti olan TANAP layihəsinin reallaşmasına tam dəstəklərini ifadə ediblər”.

Nazirlər həmçinin Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin Asiya və Avropa arasında bağlantı yaradaraq ticarət dövriyyəsi və regionda iqtisadi inkişafa verəcəyi töhfənin əhəmiyyətini bildirib və aidiyyatı qurumları layihəni vaxtında tamamlamaq üçün əllərindən gələn səyi göstərməyə təşviq ediblər: "Azərbaycan, Gürcüstan və Türkiyənin şərq və qərb, eləcə də şimal və cənub arasında mərkəzi mövqeyini qeyd edib, Böyük İpək Yolunun yenidən həyata qaytarılmasına töhfə verəcək Ələt qəsəbəsindəki Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının, Anakliyadakı Qara Dəniz Limanının və Mərmərə Layihəsi çərçivəsində İstanbul boğazındakı sualtı tunel layihələrini alqışlayıb və bu kontekstdə ölkələr arasında gömrük proseduralarının asanlaşdırılması və infrastrukturun təkmilləşdirilməsi ilə multimodal nəqliyyatın təşkil edilməsində əməkdaşlığı artırmaq barədə razılığa gəliblər”.

Nazirlər müntəzəm olaraq üçtərəfli görüşlərin davam etdirilməsi, bu görüşləri digər sahələrdə də inkişaf etdirərək ölkələr, eləcə də beynəlxalq təşkilatlar arasında mövcud dialoqun və əməkdaşlığın şaxələndirilməsi və inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Onlar növbəti üçtərəfli görüşü 2015-ci ildə Gürcüstanda keçirməyə razılıq veriblər.

Qeyd edək ki, bu gün Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Tamar Beruçaşvilinin dördüncü üçtərəfli görüşü keçirilib. Görüş Türkiyənin Qars şəhərində olub.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol