• $
  • €
  • ₽
  • ₺
  • £

Fransada terrorda şübhəli bilinən 7 nəfər saxlanıldı

Fransada terrorda şübhəli bilinən 7 nəfər saxlanıldı
08.01.2015 16:18
Fransada "Charlie Hebdo” satirik jurnalına terror hücumunda şübhəli bilinən bir neçə nəfər saxlanılıb.

APA-nın "France Presse” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Fransanın baş naziri Manuel Vals (Manuel Carlos Valls) açıqlayıb. Lakin o, əsas şübhəlilər – Şərif və Səid Kaşi qardaşlarının hələlik azadlıqda olduğunu deyib. Baş nazir hadisənin arxasında bu şəxslərin dayandığına əmin olduğunu söyləyib.
 
M. Vals həbs olunanların sayını və adlarını açıqlamasa da, daxili işlər naziri Bernar Kaznyöv 7 nəfərin saxlanıldığını bildirib. Daha əvvəl şübhəli şəxslərdən biri – 18 yaşlı Hamid Murad polisə könüllü təslim olub. Lakin o, terrorda iştirak etmədiyini və alibiyə malik olduğunu bəyan edib.  
 
Xatırladaq ki, yanvarın 7-də yerli vaxtla saat 11.30-da Parisdə "Charlie Hebdo” satirik jurnalının redaksiyasına silahlı hücum olub. Avtomat və qumbaraatanlarla silahlanmış şəxslər əməkdaşlara atəş açmağa başlayıb. Nəticədə 12 nəfər ölüb, 11 nəfər yaralanıb. Basqınçılar Məhəmməd peyğəmbərin karikaturalarını dərc etmiş jurnaldan qisas aldıqlarını bildiriblər.   

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol