• $
  • €
  • ₽
  • ₺
  • £

Merkel: Yunanıstanın borcu azaldılmayacaq

Merkel: Yunanıstanın borcu azaldılmayacaq
29.05.2020 11:30
Almaniyanın kansleri Angela Merkel deyib ki, Afinanın borcundan azalma olmayacaq. Bir gün öncə Yunanıstanın yeni maliyyə naziri bəyan edib ki, kreditorlar troykasından olan auditorlarla daha əməkdaşlıq etməyəcək.

Yanvarın 30-da Afinada Avrozona rəhbəri Jeron Dijsselbloem ilə birgə mətbuat konfransı gərgin keçib. Maliyyə naziri Yanis Varoufakis deyib ki, Yunanıstan troykanın auditorları – Avropa Komissiyası, Avropa Mərkəzi Bankı (ECB) və Beynəlxalq Valyuta Fondu (İMF) ilə əməkdaşlıq etməyəcək.

Varoufakis-ın sözlərinə görə, Afina ona borc verənlərlə danışıqlara hazırdır, "çürümüş əsaslar üzərində qurulan komitə" – troyka auditorları ilə yox.

Merkel yanvarın 31-də Hamburger Abendblatt qəzetinə bildirib ki, borcun təxirə salınması nəzərdə tutulmur. "Özəl kreditorlar tərəfindən borcların könüllü bağışlanması baş verib, banklar Yunanıstanın borcundan milyardlar siliblər".

Danışıqlar hələ tamamlanmayıb deyə Yunanıstan hələ də avrzonadan 7.2 milyard dollar kredit alacaq. Varoufakis deyib ki, hökuməti həmin tranşdan imtina edəcək.

Avropa Birliyinin iqtisadiyyat və maliyyə işləri üzrə komissarı Pyer Moscovici deyib ki, Yunanıstanın avrozonadan çıxmaması üçün "hər şey ediləcək".

Musavat.com
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Dünya 21:34
Türkiyədə zəlzələ olub
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol