• $
  • €
  • ₽
  • ₺
  • £

“İŞİD” ikinci yaponiyalı girovu edam edib

“İŞİD” ikinci yaponiyalı girovu edam edib
01.02.2015 11:00
"İŞİD” terror qruplaşması girov götürdüyü ikinci Yaponiya vətəndaşı Kendzi Qotonu edam edib.

APA-nın "TASS”a istinadən verdiyi xəbərə görə, girovun başının kəsilməsi səhnəsi əks olunan video çarx  terrorçular tərəfindən internetdə yerləşdirilib.  
 
Videoda girovu edam edən "Cihad Con” ləqəbli üzü maskalı terrorçu ingilis dilində bu sözləri deyib: "Yaponiya hökumətinə müraciət edirəm. Siz və sizin müttəfiqləriniz bir şeyi anlamalısınız: Bizə sizin qanınız lazımdır”.   
 
Qeyd edək ki, İŞİD 10 gün əvvəl yaydığı videoda "İŞİD” girov götürdüyü iki Yaponiya vətəndaşının azadlığa buraxılması üçün 72 saat ərzində 200 mln. ABŞ dolları tələb edib. Bundan bir neçə gün əvvəl Yaponiyanın baş naziri Sindzo Abebəyan edib ki, onun rəhbərlik etdiyi hökumət İŞİD ilə mübarizə aparan ölkələrə 200 mln. dollar ayrılacağı barədə qərar verib.
 
Verilən müddət bitdikdən bir sutka sonra terrorçular internetdə yaponiyalı girov Xaruna Yukavanın başı kəsilmiş cəsədinin şəklini yerləşdiriblər.  Video çarxda ikinci yaponiyalı girov Kendzi Qoto İŞİD-in yeni şərtini açıqlayaraq terrorçuların İordaniyada həbsdə saxlanılan Səccidə ər Rişauyinin  azadlığa buraxılmasını tələb etdiyini bildirib.
 
Terrorçuların yanvarın 29-da yaydığı üçüncü videoda  İŞİD  girov götürdüyü ikinci Yaponiya vətəndaşı Kendzi Qotonu 24 saatdan sonra edam etmək niyyətində olduğunu elan edib.
 
Video çarxda yaponiyalı girov Kendzi Qoto əlində silahlıların əsir götürdüyü iordaniyalı pilot Muaz əl Kəssasbehin şəklini tutub. Terrorçular Səccidə ər Rişauyinin sutka ərzində azadlığa buraxılmayacağı təqdirdə onun da edam olunacağını bildiriblər.

ANN.Az
 

 

  
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol