• $
  • €
  • ₽
  • ₺
  • £

Obama: «Putin pis strateqdir və Rusiyaya ziyan vurur»

Obama: «Putin pis strateqdir və Rusiyaya ziyan vurur»
02.02.2015 10:58


CNN telekanalına müsahibəsində ABŞ prezidenti Barack Obama bildirib ki, Ukraynanın şərqindəki vəziyyətin gərginləşməsi "prezident Putin-in Rusiyanın adından qəbul etdiyi pis qərarların nəticəsidir”.

Amerika prezidenti bir daha vurğulayıb ki, Krımın ilhaqı Rusiyaya son nəticədə xeyir yox, böyük itkilər gətirəcək.

"Torpaq zəbtinin böyük ölkələrin əsas formulu sayıldığı vaxtlar çoxdan keçib” – deyib prezident.

ABŞ prezidentinin fikrincə bütün ötən il ərzində Rusiya lideri "tələm-tələs və düşünülməmiş qərarlar” qəbul edib.

Prezidentin fikrincə, bu ondan irəli gəlib ki, ötən ilin qışında Ukraynada baş verən hadisələr Putin üçün gözlənilməz olub.

Putin-in "improvizələri”

"Putin Krım və Ukraynaya dair qərarlarını hər hansı möhtəşəm strateji plana uyğun şəkildə yox, Maydan etirazlarının və Yanukoviçin qaçmasının nəticələrini gözləmədiyi üçün qəbul edib” – deyib Barack Obama.

ABŞ prezidenti deyib ki, Yanukoviç qaçandan sonra Putinin etdiyi "inprovizələr” onu getdikcə daha çox beynəlxalq qanunların pozulması yoluna çəkib.

Rusiya prezidentinin Ukraynanın suverenliyi və ərazi bütövlüyünə qarşı təcavüzü Rusiyanın üzərinə Avropa və ABŞ tərəfindən sanksiyalar qoyulmasına gətirib çıxarıb.

"Bu isə neft qiymətlərinin düşdüyü bir şəraitdə Rusiya iqtisadiyyatına böyük ziyan vurur” – deyib Obama.

"Biz elə edə bilərik ki, Ukrayna Rusiyaya baha otursun...”

CNN-ə müsahibəsində Barack Obama vurğulayıb ki, Rusiya lideri ABŞ-ın təkliflərini qulaqardına vurur.

Prezident bunu da qeyd edib ki, ABŞ-ın Ukrayanaya dəstək verməsi işində bir sıra məhdudiyyətlər var. Bunlardan biri də Ukraynanın NATO üzvü olmamasıdır.

Barack Obama Rusiyanı bir daha Ukrayna separatçılarına hərbi texnika, silah-sursat və canlı qüvvə ilə kömək etməkdə günahlandırıb.

"Biz elə edə bilərik ki, Ukraynadakı rolu Rusiyaya getdikcə daha baha otursun və biz hazırda elə bunu edirik – deyib prezident, - Biz diplomatik təzyiq göstərə bilərik, amma düşünmürəm ki, Rusiya ilə birbaşa hərbi münaqişəyə daxil olmaq ABŞ və dünya üçün ağıllı bir hərəkət olardı”.

Putin irəliyə yox, geriyə baxır

"Putin sövdələşməyə hazırdırmı? Hələ ki, biz kansler Merkellə, prezident Hollande-la və bizimlə çoxsaylı söhbətləri müşahidə edirik. Bu söhbətlər zamanı o bir şey deyir, söhbətdən sonra onun etdikləri hərəkətlər başqa şey” – deyib Barack Obama.

O bildirib ki, Kremldən Ukrayna böhranının çözümü üçün diplomatik yolun Rusiyanın maraqlarına daya uyğun olduğunun başa düşüldüyünü göstərən siqnal almayıb.

"Odur ki, Putin irəli yox, geriyə baxır. Ola bilsin ki, gələcəkdə öz mövqeyini dəyişsin. Amma biz hələlik öz sərt mövqeymizdə qalmalıyıq” – deyib ABŞ prezidenti.

Azadliq.org
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Çində yaşayış kompleksində yanğın nəticəsində 14 nəfər ölüb
Dünya 08:51
Çində yaşayış kompleksində yanğın nəticəsində 14 nəfər ölüb
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
Dünya 19:31
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
Misir 10 ildən sonra Tripolidəki səfirliyini yenidən açıb
Dünya 23:56
Misir 10 ildən sonra Tripolidəki səfirliyini yenidən açıb
Səudiyyə Ərəbistanı Ər-Riyada doğru buraxılan qanadlı raketi vurub
Dünya 16:57
Səudiyyə Ərəbistanı Ər-Riyada doğru buraxılan qanadlı raketi vurub
Hörmüz boğazında minaya düşən tanker yanıb
Dünya 15:58
Hörmüz boğazında minaya düşən tanker yanıb
ABŞ BƏƏ-dəki vətəndaşlarını Yaxın Şərqdə artan hücum təhlükəsi barədə xəbərdar edib
Dünya 15:33
ABŞ BƏƏ-dəki vətəndaşlarını Yaxın Şərqdə artan hücum təhlükəsi barədə xəbərdar edib
Trampı öldürməklə hədələyən Venesuela vətəndaşı Ağ Ev yaxınlığında saxlanılıb
Dünya 09:09
Trampı öldürməklə hədələyən Venesuela vətəndaşı Ağ Ev yaxınlığında saxlanılıb
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Dünya 09:03
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Tramp: ABŞ İranla danışıqları davam etdirir
Dünya 08:54
Tramp: ABŞ İranla danışıqları davam etdirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol