• $
  • €
  • ₽
  • ₺
  • £

Obama İŞİD-ə görə əlavə səlahiyyət istədi

Obama İŞİD-ə görə əlavə səlahiyyət istədi
12.02.2015 10:05
ABŞ prezidenti Barak Obama Konqresdən İŞİD-ə qarşı mübarizədə hərbi qüvvələrin qurudan hücumuna icazə verməyən, amma özəl olaraq əməliyyat aparmaq imkanı tanıyan 3 illik səlahiyyət istəyib.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, ABŞ prezidentinin Konqresə göndərdiyi məktubda 2001-ci ildən indiyə qədər ona verilən bütün səlahiyyətlərin İŞİD-ə qarşı mübarizə aparmaq imkanının verdiyini, amma Konqreslə birlikdə terror təşkilarına qarşı daha yüksək səviyyətli mübarizə aparmaq istədiyini bildirib.

Prezident Obama bu səbəblə Konqresdən İŞİD-ə qarşı yeni hərbi güc səlahiyyəti verən qanunun qəbul edilməsini xahiş edib. O, bu səlahiyyətləri İraq və Əfqanıstanda olduğu kimi uzunmüddətli və böyük hərbi əməliyyatların aparılması üçün deyil, ABŞ hərbi qüvvələri əvəzinə yerli güclərin yönləndirilməsi üçün istəyib.

Obamanın təklifləri təxminən belədir:

- ABŞ güclərinə uzun müddətli quru əməliyyatlarında istifadə səlahiyyəti verilmir, böyük quru əməliyyaatlarının qarşısı qapadılır

- İŞİD-ə qarşı güc istifadə səlahiyyəti Suriya və İraq kimi bəlli ölkələrlə məhdudlaşdırılmır.

- Səlahiyyət müddəti yenilənməyəcəyi təqdirdə 3 il olaraq müəyyən edilir. ABŞ rəhbərliyi ən az 6 ayda bir Konqresə əməliyyatlarla bağlı hesabat təqdim edir.

Konqresə göndərdiyi məktubda "İŞİD-i məğlub etmək üçüb əsaslı və uzunmüddərli bir strategiya hazırlamışam" deyən prezident Obama dəstək üçün senatorlardan yardım istəyib.

O, bu səlahiyyətin veriləcəyi təqdirdə tərəfdaş ölkələrlə birgə əməiyyatlar keçirilməyəcəyi hallarda belə ABŞ güclərinini istifadə edə bilməsinə imkan tanıyacağını ifadə edib.

Prezidentin bu təkliflər paketi həm senatdan, həm də Təmsilçilər Palatasında səsə qoyulacaq. Bugündən layihənin incələnməsinə başlanılacaq və mart ayından səsə qoyulması gözlənilir.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol