• $
  • €
  • ₽
  • ₺
  • £

Bu qidalar xərçəngin qarşısını alır

Bu qidalar xərçəngin qarşısını alır
22.02.2015 17:00
Elm selenin insan orqanizmində çox vacib funksiyaların icra edilməsində əsaslı rol oynayan bir element olduğunu sübut edib. Selen qalxanabənzər vəzi hormonlarının mübadiləsi, antioksidant müdafiə sistemi kimi bir çox metobolik proseslərin və immun funksiyaların əsas komponentlərindən biridir. 
 
Bir çox tədqiqatlar təsdiq edir ki, qanda selenin azlığı xərçəng və ürək-damar xəstəliklərinin artmasına səbəb olur. Selenin qida əlavəsi kimi qəbulu  XX əsrin 90-cı illərindən tövsiyə olunur və onun müsbət effekti haqqında çoxlu sayda sübutlar mövcuddur. 
 
Sübuta əsaslanan tədqiqatlar təsdiq edir ki, mütəmadi selen qəbulu xərçəngin yaranma riskini azaldır. Hətta bəzi müəlliflər iddia edirlər ki, selen qəbulu xərçəngin digər orqanlara yayılma ehtimalını da azaldır. Belə düşünülür ki, selen tərkibli zülallar normal hüceyrələrdə oksidativ stressi azaldaraq onların genetik materialının zədələnməsinin və şişə transformasiya olunmasının qarşısını alır. Selen qəbulunun bir çox xərçəng növlərinin, xüsusilə qaraciyər, prostat, kolorektal və ağciyər xərçənginin inkişaf etmə riskini azaltması haqqında məlumatlar var. 
 
Selenlə zəngin bəzi qida maddələrinin siyahısını veririk: 
 
Çərəz, xüsusilə də Brazilya qozu selenin ən zəngin mənbələrindən biridir. Brazilya qozu həm də maqneziumla zəngindir. Mollyusk və istridyələr selenle yanaşı dəmir, zink, mis və Vitamin B12-nin zəngin mənbəyidir. Qaraciyər selenin ən zəngin  mənbələrindən biri hesab edilir.
 
Balıqlar B1, B2, B3, B6  və B12 vitaminləri ilə yanaşı selenin də zəngin mənbələrindən biridir.
 
Günəbaxan selenlə yanaşı dəmir, vitamin E, 1, B6, maqnezium, kalium və mislə də zəngindir.  
 
Kəpəkli məmulatlarda da kifayət qədər selen olur.

ANN.Az
 


Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol