• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirdən faşistsayağı çağırış: "Baltalamaq lazımdır"

Nazirdən faşistsayağı çağırış: "Baltalamaq lazımdır"
10.03.2015 11:27
Fələstin hökuməti İsrailin xarici işlər naziri Libermandan Beynəlxalq Cinayət Məhkəməsinə şikayət edir.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, İsrailin xarici işlər naziri Aviqdor Liberman lideri olduğu Evimiz İsrail Partiyasının Herzliya şəhərində təşkil etdiyi mitinqdə "Bizə qarşı olan bütün ərəblərin başınıbalta ilə kəsmək lazımdır. Yoxsa bu torpaqlarda İsrail deyə bir şey qalmaz" - fikrini səsləndirib. O, "İsrailli ərəblərdən bizim yanımızda duranlar hər şey əldə edəcəklər. Fələstinin bayrağını qaldıranlar buradan getsinlər, mən onları Əbu Mazinə (Fələstinin dövlət başçısı Mahmud Abbas nəzərdə tutulur - red.) hədiyyə etməyə hazıram və bundan da məmnunluq duyuram".

İsrail nazirinin faşistsayağı açıqlaması Fələstin dövlətində hiddət yaradıb və hökumət siyasət adamının, vəzifə daşıyan br şəxsin nifrətlə söylədiyi bu fikirlərdən Beynəlxalq Cinayət Məhkəməsinə şikayət etməyi qərarlaşdırıb: "Bütün ölkələri və İsrail hökumətini insaniyyətə təhdid olan İŞİD-çi Libermanı tutmağa və boykot etməyə çağırırıq".

Fələstinin xarici işlər nazirliyinin yazılı bəyanatında daha sonra deyilir: "Bir İsrail diplomatı olaraq nazir postunu tutan Aviqdor Liberman daxilində saxladığı barbar duyğularını ictimaiyyət qarşısında açıqlamaqdan çəkinməyib. Fələstin hökumətinin Beynəlxalq Cinayət Məhkəməsinə ünvanlayacağı şikayət məktubunda bu sözlər olduğu kimi əlavə ediləcək. Biz Beynəlxalq Cinayət Məhkəməsindən Liberman haqqında həbs qərarının çıxarılmasını tələb edirik".

ANN.Az


Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol