• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyada ən çox silah satan və alan ölkələr - Siyahı

Dünyada ən çox silah satan və alan ölkələr - Siyahı
10.03.2015 20:20
Rusiya 2014-cü ildə silah ixracına görə dünyada ABŞ-dan sonra ikinci olub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə "IHS Jane’s Annual Defence Budgets Review” adlı hesabatda deyilir.

Hesabata görə, Rusiya 2014-cü ildə 10 mlrd. dollar dəyərində silah satıb. Sənəddə 2013-cü il ilə müqayisədə Rusiyanın silah ixracatının 9 faiz artdığı qeyd olunub.

Məlum olub ki, keçən il Rusiya Çinə 2,3 mlrd. dollar, Hindistana 1,7 mlrd. dollar, Vyetnam ve Venesuelaya isə ayrı-ayrılıqda 1 mlrd. dollar dəyərində silah satıb. Yaxın Şərq ölkələri isə Rusiyadan 1,5 mlrd. dollarlıq silah alıblar.

Ukrayna böhranı və sanksiyaların tətbiqi ilə əlaqədar Rusiyada yaşanan iqtisadi böhranın 2015-ci ildə silah satışına təsir göstərəcəyi bildirilir.

Dünyada ən çox silah satan ölkə isə ABŞ-dır. 2014-cü ildə bu ölkə 23,7 mlrd. dollar dəyərində silah ixrac edib. 2013-cü illə müqayisədə artım 19 faiz təşkil edib.

Hesabata əsasən,  2014-cü ildə Fransa 4,9 mlrd. dollar, İngiltərə 4,1 mlrd. dollar, Almaniya isə 3,5 mlrd. dollarlıq silah ixrac edib. İngiltərənin 2014-cü ildə silah ixracatını 45 faiz artırdığı qeyd olunub.

"IHS Jane’s Annual Defence Budgets Review” silah idxal edən ölkələrin siyahısını da tərtib edib. Siyahıya Səudiyyə Ərəbistanı liderlik edir. 2014-cü ildə Səudiyyə Ərəbistanı 6,4 mlrd. dollarlıq silah alıb. Siyahıda ikinci yerdə 5,57 mlrd. dollarlıq silah idxal edən Hindistan gərarlaşıb.

Səudiyyə Ərəbistanının 2015-ci ildə silah idxalını 50 faiz artıracağı bildirilir. İHS eksperti Ben Mures Səudiyyə Ərəbistanının 2015-cü ildə silah idxalında ciddi yüksəliş olacağını söyləyib. Onun sözlərinə görə, ərəblərin bu il 9,8 mlrd. dollarlıq silah idxal edəcəyi gözlənilir.

Hesabatda 2014-cü ildə Orta Şərqə ən çox silah ixrac edən ölkələrin siyahısı da açıqlanıb. Siyahıya 8,4 mlrd. dollarla ABŞ liderlik edir. Keçən il Orta Şərq ölkələrinə İngiltərə 1,9 mlrd. dollar, Rusiya 1,5 mlrd. dollar, Fransa 1,3 mlrd. dollar, Almaniya 1 mlrd. dollar dəyərində silah satıb.

2013-cü ildə dünyada silah satışının ümumi həcmi 56,8 mlrd. dollar təşkil etdiyi halda, 2014-cü ildə müvafiq göstərici 64,4 mlrd. dollaradək artıb. 2015-ci ildə isə dünyada silah satışının ümumi həcminin 70 mlrd. dollara çatacağı gözlənilir.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol