• $
  • €
  • ₽
  • ₺
  • £

Donbassda sülhün pozulması təhlükəsi yaranıb

Donbassda sülhün pozulması təhlükəsi yaranıb
18.03.2015 11:17
Minsk-2 razılaşmalarından sonra Ukraynanın Donbass bölgəsində yaranmış kövrək sülhün pozulması təhlükəsi yaranıb.

APA-nın RBK-ya istinadən verdiyi xəbərə görə, separatçılar Donbassın bəzi ərazilərinin işğal olunmuş ərazilər kimi tanınması, eləcə də həmin ərazilərin statusuna dair Ukrayna Ali Radası tərəfindən qəbul olunan qanunları biabırçı adlandırıblar. Onlar bildiriblər ki, həmin sənədlər ləğv edilməsə, Kiyevlə kompromisə gəlmək mümkün olmayacaq.
 
Separatçı rejimlərin başçıları Aleksandr Zaxarçenko və İqor Plotnitski tərəfindən verilən birgə bəyanatda deyilir: "Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikası bəyan edirlər ki, Poroşenko və Ali Rada tərəfindən qəbul olunan rüsvayçı qərarlar ləğv olunana qədər Kiyevlə hər hansı kompromis mümkün deyil. Donbassa xüsusi status verməkdən imtina etməklə Kiyev Minsk sülhünü tapdalayıb və situasiyanı dalana salıb. Biz vaxtilə hər hansı entuziazm olmadan Donbassın yenilənmiş Ukrayna tərkibində xüsusi statusuna razı olmuşduq, baxmayaraq ki, xalqımız tam müstəqillik istəyir. Biz qardaş qanı axmasın deyə buna getdik. Lakin Ukrayna dəyişmədi”.

Xatırladaq ki, martın 17-də Ukrayna Ali Radası Donetsk və Luqansk vilayətlərinin separatçıların nəzarətində olan və xüsusi yerli idarəetmə qaydasının tətbiq olunacağı rayon, şəhər və kəndlərinin siyahısını təsdiqləyib. Lakin bu ərazilərin xüsusi statusuna dair qanunun qüvvəyə minməsi həmin ərazilərdə Ukrayna qanunları əsasında seçkilərin keçirilməsinə qədər təxirə salınıb. Qanuna edilən düzəlişlərə əsasən həmin ərazilərdə yerli idarəetmə orqanlarına seçkilər yalnız bütün qanunsuz hərbi birləşmələrin, muzdluların və hərbi texnikanın Ukrayna ərazisindən çıxarılması, qanunsuz hərbi birləşmələr tərəfindən seçki prosesinə müdaxilə edilməməsi, yerli KİV-də seçkilərin bütün iştirakçılarına bərabər səviyyədə imkanların yaradılması, prosesin ATƏT tərəfindən müşahidə olunması şəraitində mümkündür.   

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol