• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün taksi sürücüləri üçün özəl gündür

Bu gün taksi sürücüləri üçün özəl gündür
22.03.2015 15:40
Bu gün - martın 22-də taksi sürücüləri öz peşə bayramlarını qeyd edirlər.

ANS PRESS-in məlumatına görə, ilk dəfə 1907-ci ilin məhz bu günü London küçələrində xüsusi sayğacı olan taksilər peyda olub. Sürücülər bu cihazı "taksimetr" adlandırıblar. İki hissədən ibarət olan sözün birinci hissəsi "taks" fransız sözüdür, mənası "ödəniş" deməkdir. Yunan mənşəli söz olan "metron" isə "ölçmə" mənasını daşıyır. 

İlk London taksiləri yaşıl və qırmızı rəngdə olublar. Bizim uzun müddət görməyə öyrəşdiyimiz sarı taksilərin tarixi isə "Hertz Corporation" şirkətinin təsisçisi Con Hertsin adı ilə bağlıdır. O, köhnə avtomobilləri yenilərinin əvəzinə ödəniş kimi qəbul edərək onları sarı rəngə boyayıb və taksi kimi istifadə edib. Təbii ki, belə açıq rəngli avtomobillər küçələrdə asanlıqla seçilirdi. Daha sonralar taksiləri sarı rəngə boyamaq ənənəsi geniş yayılıb.

Taksiləri tanıdan daha bir simvol isə onların üstündəki damalı bəzək olub. Bəzi versiyalara görə, ilk dəfə belə bəzəklər keçən əsrin 20-ci illərində Amerika maşınlarında görünüb. Amerika şirkəti bunu yarış maşınlarının simvolundan götürüb. Şirkət bununla insanların diqqətini çəkmək istəyib. Həmin damalı dizayn müştəriləri bu nəqliyyatın daha sürətli hərəkətinə inandırmalı idi.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol