• $
  • €
  • ₽
  • ₺
  • £

NATO gəmiləri Qara dənizi tərk etdi

NATO gəmiləri Qara dənizi tərk etdi
22.03.2015 17:15
Qara dənizdə təlimdə olan NATO gəmiləri akvatoriyanı tərk edib. 

ANN.Az Lent.az-a istinadən xəbər verir ki, alyansın hərbi gəmiləri Bosfor boğazını keçərək Aralıq dənizinə çıxıb. Martın 20-də NATO-nun hərbi-dəniz komandanlığı alyansın İkinci daimi dəniz qruplaşmasının (SNMG2) Rumıniya Hərbi Dəniz Qüvvələri ilə birgə keçirdiyi təlimləri başa vurduğunu və daimi patrul yerinə - Aralıq dənizinə qayıdacağını bildirmişdi. Xatırladaq ki, martın 3-4-də NATO-nun 5 hərbi gəmisi - Vicksburg raket kreyseri, Kanadanın Fredericton, Türkiyənin Turgutreis, İtaliyanın Aliseo və Almaniyanın Spessart gəmiləri Qara dəniz akvatoriyasına daxil olmuşdu. Bu gəmilər Bolqarıstanın Varna limanına da yan almışdılar. Daha sonra NATO gəmiləri Rumıniyanın Konstantsa limanına gəliblər. Burada onların təliminə Rumıniyanın Marasesti freqatı, iki raket daşıyan kater, 3 MİQ-21 hərbi təyyarəsi də qoşulub.
 
İkinci daimi dəniz qruplaşmasının (SNMG2) komandanı Bred Uilyamson bildirib ki, təlimlər zamanı Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmilərinin onlara yaxınlaşmaq cəhdi müşahidə olunub. Onun bildirdiyinə görə, NATO gəmilərinin təlimləri zamanı Rusiyanın SU-27 və SU-30 qırıcılarının uçuşları da müşahidə olunub. Rumıniya HDQ qərargahının nümayəndəsi Korneliu Pavel bildirib ki, təlimlər zamanı Rusiyaya məxsus İl-20 kəşfiyyat təyyarəsi akvatoriya üzərində uçuşlar həyata keçirib.
 
Ukraynanın şərqində böhran başlayandan Qara dənizdə vaxtaşırı ABŞ və NATO gəmiləri müşahidə olunur. Ancaq razılaşmaya görə, Qara dəniz ölkəsi olmayan dövlətlərə məxsus hərbi gəmilər bu akvatoriyada 21 gündən artıq qala bilməz.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol