• $
  • €
  • ₽
  • ₺
  • £

Almanların dollara üstünlük vermələrinin səbəbi açıqlandı

Almanların dollara üstünlük vermələrinin səbəbi açıqlandı
23.03.2015 23:16
Almaniyadan ixracın 58 faizi Avropa İttifaqı ölkələrinin payına düşür. Alman ixracatçılar bu ölkələrdə öz məhsullarını avro ilə satmağa üstünlük verirlər. Almaniya şirkətləri Avropa İttifaqının xaricində də hesablaşmaları əksər hallarda Avropa pul vahidi ilə aparırlar.

AFR-ın Federal Statistika İdarəsinin (Destatis) verdiyi məlumata görə, 2014-cü ildə "üçüncü ölkələr”lə ixracat sazişlərinin ümumi dəyərində avronun payı 61,8 faiz təşkil edib.

Lakin bu, son beş il ərzində ən aşağı göstəricidir: 2010-2011-ci illərdə bu göstərici təxminən 67 faiz səviyyəsində olub. Başqa sözlə desək, son illərdə Avropa İttifaqının xaricində alıcılarla hesablaşmalarda avronun payı azalıb, başqa valyutaların payı isə müvafiq surətdə artıb.

ABŞ dolları ilə hesablaşmaların həcmi xeyli sabitdir və orta hesabla təxminən 25 faiz təşkil edir. Belə ki, müvafiq göstərici 2010-cu ildə 25,5 faiz səviyyəsində olub, 2013-cü ildə 23,4 faizə qədər azalıb, 2014-cü ildə isə 26,1 faizə qədər artıb.

"Başqa valyutalar” göstəriciləri üzrə daha əhəmiyyətli dəyişikliklər qeydə alınıb. Son beş ildə onların payı stabil artaraq 7,9 faizdən 12,1 faizə çatıb, həm də ən gözə çarpan "sıçrayış” son bir il ərzində baş verib.

Son illərdə Almaniyanın xarici iqtisadi əlaqələrinin dinamikası sayəsində bu ciddi artımı təmin edən valyuta İsveçrə frankı və ya Yaponiya iyenası deyil, Çin yuanı olub. Beləliklə, Destatis-in bu xəbəri Almaniya-Çin ticari əlaqələrində və bütövlükdə beynəlxalq ticarətdə Cin Xalq Respublikasının pul vahidinin rolunun artmasına dəlalət edir. //azertag.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol