• $
  • €
  • ₽
  • ₺
  • £

Səfirlik: Yəməndə 20-yə yaxın Azərbaycan vətəndaşı var

Səfirlik: Yəməndə 20-yə yaxın Azərbaycan vətəndaşı var
30.03.2015 14:45
Hazırda Yəməndə 20-yə yaxın Azərbaycan vətəndaşı yaşayır, onlardan 3 nəfəri konsulluq qeydiyyatındadır.
 
Bu barədə "Report"a Azərbaycanın Səudiyyə Ərəbistanında və eyni zamanda Yəməndəki səfirliyinin ikinci katibi  Emil Qasımzadə bildirib.

Diplomat vurğulayıb ki, konsulluq qeydiyyatında olan Azərbaycan vətəndaşları Ədəndə yaşayır. Səfirlik onlarla bir müddət əvvəl telefon əlaqəsi saxlayıb, lakin həmin vətəndaşlar ölkəni tərk etməkdən imtina edib: "O zaman vəziyyət indiki kimi gərgin deyildi. Lakin Yəməndə vəziyyət pisləşdikdən sonra biz Türkiyənin  Səudiyyə Ərəbistanındakı səfirliyi ilə vətəndaşların təxliyə edilməsi ilə bağlı əlaqə saxladıq. Lakin onlar bildirdilər ki, Sanadakı səfirliyi bağlayırlar və Turkish Airlines şirkəti bu ölkəyə uçuşları dayandırır. Bundan sonra biz Rusiya səfirliyi ilə əlaqə saxladıq". Diplomat qeyd edib ki, Rusiya tərəfi lazım gəldiyi halda vətəndaşlarımızın təxliyə olunmasında kömək etməyə hazır olduğunu bildirib.

E.Qasımzasdə həmçinin bildirib ki, Azərbaycanın Ər-Riyaddakı səfirliyində qaynar xətt fəaliyyət göstərir, Yəməndə yaşayan Azərbaycan vətəndaşları problem yarandıqda həmin qaynar xəttə müraciət edə bilərlər.

Qeyd edək ki, Pakistan, Hindistan və Çin Yəməndə yaşayan vətəndaşlarını təxliyə etmək haqqında qərar qəbul edib. Bir müddət əvvəl Sanadan BMT missiyasının əməkdaşları təxliyə olunub.

Martın 19-da Səudiyyə Ərəbistanı və Fars körfəzinin digər ölkələrinin də iştirak etdiyi beynəlxalq koalisiya Yəmən prezidenti Əbd Rəbbu Mənsur Hadinin xahişi ilə ölkənin əsasən qərb və şimal bölgələrinə nəzarət edən üsyançı husitlərə qarşı "Sabitlik fırtınası" adlı hərbi əməliyyatlara başlayıb. Səudiyyə Ərəbistanı HHQ və onun müttəfiqləri Sanadakı hərbi bazalara zərbələr endirməyə davam edirlər. Yəmən Xarici İşlər Nazirliyinin məlumatına görə, bu hücumlar nəticəsində 13 hərbçi və dinc sakin həlak olub, 70-dən artıq insan yaralanıb.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol