• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni iddiaları Avropa Parlamentində

Erməni iddiaları Avropa Parlamentində
15.04.2015 15:01
Bu gün Avropa Parlamentində erməni iddiaları ilə bağlı iclas keçiriləcək.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Avropa Parlamentinin 1915-ci il hadisələri ilə bağlı qərar qəbul ediləcəyi gözlənilir.

Parlamentin qəbul edəcəyi qərarda 1915-ci il hadisələri ilə bağlı erməni iddialarına yer verilməsi, Türkiyə və Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində çağırışlara yer verilməsi və digər məsələlər yer alacaq. Ermənilərin Avropa Parlamentinə təqdim etdiyi layihə belə adlanır: "Erməni syqırımını bütün Avropa Birliyinə (AB) üzv olan ölkələrin tanımasına dair”  Layihə 8 bənddən ibarətdir. Orada Osmanlı İmperiyası dönəmində 1.5 milyon günahsız erməninin həyatının itirildiyi vurğulanır və baş verən hadisələrin "soyqırım” kimi qəbul edilməsi tələb olunur. Bundan əlavə müasir Türkiyə hökumətindən son 100 ilin arxivlərinin açılması, eyni zamanda Türkiyədən erməni mədəni irsin qorunmasına dair qanuni öhdəliklərinə hörmət göstərilməsi tələb edilir. Erməni lobbisinin hazırladığı qanun layihəsinin bəndlərindən birində deyilir ki, soyqırımların və insanlığa qarşı cinayətlərin vaxtında qarşısının alınması və təsirli şəkildə cəzalandırılması beynəlxalq birliklərin, eləcə də Avropa Birliyinin əsas prioritetlərindən birinə çevrilməldir. Ermənilər soyqırımlar üçün Beynəlxalq Avropa Anma Günü təsis edilməsini təklif edirlər.

Avropa Birliyi xarici məsələlər üzrə nümayəndəsi Federica Mogherininin sözçüsü Maja Kocijancic  parlamentin bu iddialarla bağlı mövqeyini yaxından izləyəcəklərini, lakin Avropa Birliyi Komissiyasının bu məsələdə öz mövqeyinə sadiq qalacağını söyləyib: "Sülh və barış Avropa dəyərlərinin əsas sütunlarından biridir. Bu çərçivədə Türkiyə və Ermənistan arasındakı münasibətlərin mümkün qədər ən qısa vaxt ərzində normallaşması xüsusilə əhəmiyyətlidir. Bir neçə il əvvəl imzalanan protokolların həyata keçirilməsinə hələ də ehtiyac vardır və protokolların həyata keçirilməsi münasibətlərin normallaşması istiqamətində əsaslı addım ola bilər. Tarixi məsələlərin kompromis şəkildə, açıq və sakit şəriatdə müzakirə edilməsi də mühüm sayılmalıdır. Biz Türkiyənin bəzi addımlarını məmnuniyyətlə qəbul etdik və hesabatlarımızda onlara yer verdik. Tərəfləri tam şəkildə sülhə səsləyir və bu istiqamətdə əlavə addımlar atmağa təşviq edirik".

Avropa Parlamentinin sədr müavini Antonio Tajani layihə ilə bağlı açıqlama verib: "Biz indiki deyil, 100 il əvvəlki Türkiyənin cəzalandırılmasını istəyirik. Türklərə qarşı eyni şey təşkil olunsa idi, onlara da zərər gəlmiş olsaydı, eyni hərəkəti edərdik. Türkiyə erməni soyqırımını qəbul etməklə öz əhəmiyyətini itirməyəcək".




www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol