• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa Birliyi Googla qarşı çıxdı

Avropa Birliyi Googla qarşı çıxdı
26.04.2015 16:31
Avropa İttifaqı nəhəng internet şirkətləri üzərində nəzarət üçün yeni tənzimləyici orqan yaratmaq niyyətindədir. Aİ "Google” kimi böyük şirkətlərin yerli bazarda üstünlüyünün qarşısını almaq məqsədilə yeni tənzimləyici orqanın yaradılması ilə bağlı məsələni müzakirə edir.

"The Wall Street Journal” nəşrinin məlumatına görə, cari ilin fevralında Aİ-nin yüksək vəzifəli məmurları tərəfindən rəqəmli iqtisadiyyat üzrə Avropa komissarı Günter Ottinger üçün sənəd hazırlanıb. Sənəddə iqtisadiyyata daha çox təsir göstərən 32 ABŞ şirkətinin onlayn platforması yer alıb. Onların arasında "Google”, "Amazon” və "Etsy” şirkətləri də sadalanır.

Sənəddə qeyd olunan şirkətlər üzərində yeni nəzarətedici strukturun yaradılması imkanı nəzərdən keçirilir. Yeni orqan onlara digər provayderlərin xidmətləri qarşısında öz xidmətlərini üstün tutmasını qadağan edə biləcək. Bundan başqa, orqan bu şirkətlər tərəfindən rəqəmli bazarda mal və xidmətlərin qiymətinin azalmasının qarşısını almaq üçün öz mövqeyindən istifadəyə imkan verməyəcək.

Bildirilir ki, ümumavropa miqyasında fəaliyyət göstərəcək yeni orqanın səlahiyyətinə şirkətlərin məlumatlardan necə istifadə etməsi barədə informasiyanın öyrənilməsi daxil olacaq, eləcə də yaranacaq bütün mübahisələrdə vasitəçi qismində çıxış edəcək. 

Bununla belə, Avropa Komissiyası orqanın yaradılması ilə bağlı ideyanın həyata keçirilməsi barədə qərar qəbul etsə belə onun yaradılması prosesi uzun çəkəcək. Çünki strukturun yaradılması ilə bağlı təklif bütün Avropa ölkələri tərəfindən müzakirə edilməli və təsdiq olunmalıdır, - "Searchengines” yazır.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol