• $
  • €
  • ₽
  • ₺
  • £

"Əsassız iddialar ermənilərin xislətindən irəli gəlir"

"Əsassız iddialar ermənilərin xislətindən irəli gəlir"
29.05.2020 01:12
Qars Qafqaz Universitetində keçirilən "Erməni üsyanlarının cinayətləri” mövzusunda elmi konfransda amerikalı professor Castin Makkarti maraqlı məruzə ilə çıxış edib.

Tanınmış alim arxiv materiallarına və rəsmi sənədlərə istinad edərək Birinci Dünya müharibəsi dövründə ermənilərin Osmanlı dövlətinə qarşı amansız üsyanlar qaldırdıqlarını diqqətə çatdırıb. O deyib ki, ölkənin demək olar əksər bölgələrində tüğyan edən mövcud erməni üsyanları ilə yanaşı, yeni-yeni üsyan təhdidləri də ortaya çıxırdı. Bütün bunlar xarici qüvvələrin təhriki və yardımı ilə Osmanlı ordusunu zəiflətmək məqsədi daşıyırdı. Erməni silahlılarının dinc türk-müsəlman əhaliyə divan tutduğunu bildirən C.Makkarti bildirib ki, o dövrdə aparılan axtarışlar nəticəsində Harputda 5000, Gürgün qəzasında 1221, Kayseridə 1600, Dəvəlidə 265 döyüş tüfəngi və tapança olmaqla ermənilərdən külli miqdarda silah və sursat aşkarlanıb. Ermənilərin qaldırdıqları üsyanların hətta Osmanlının İzmit, İzmir kimi şəhərlərində də baş verməsi və onlara məxsus cəbbəxanaların bu ərazilərdə də aşkarlanması bir daha təsdiq edir ki, ermənilər yaşadıqları Osmanlı dövlətinə qarşı xəyanət edib və döyüşən tərəf olublar. Bütün bunlar isə "erməni soyqırımı” iddiasının əsassız və uydurma olduğunu sübut edir.

Mövzu ilə bağlı, o cümlədən Azərbaycan ərazisinin 20 faizinin təcavüzkar Ermənistan tərəfindən işğal edilməsinə dair sualları cavablandıran amerikalı professor deyib: "Tarixin bütün dövrlərində ermənilər əsassız iddialarla yaşayıblar və həmişə də nəticə onların ziyanına olub. O cümlədən onların Dağlıq Qarabağa qarşı iddiaları tam əsassızdır. XX əsrin əvvəllərində ermənilər dünyanın heç bir bölgəsində əhalinin üçdə birindən çoxunu təşkil etməyiblər. Sonradan silahlı dəstələrlə Qafqaza doğru çəkilib orada ağır cinayətlər törədiblər. Onlar heç zaman çoxluq təşkil etmədikləri Trabzona da iddia edirlər. Göründüyü kimi, əsassız iddialar ermənilərin xislətindən irəli gəlir”.

Konfransda Azərbaycanın Qarsdakı baş konsulu Ayxan Süleymanlı, Türkiyənin dövlət rəsmiləri, görkəmli alimlər, KİV təmsilçiləri iştirak ediblər.// azertag.az

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol