• $
  • €
  • ₽
  • ₺
  • £

"Ermənistan Elektrik Şəbəkəsi"nin baş direktoru Yerevanı tərk etdi

"Ermənistan Elektrik Şəbəkəsi"nin baş direktoru Yerevanı tərk etdi
29.05.2020 02:48
"Ermənistan Elektrik Şəbəkəsi" şirkətinin baş direktoru Yevgeni Bibin qeyri-müəyyən müddətə Yerevanı tərk edib və Moskvaya gedib.
"Report" xəbər verir ki, bu barədə Ermənistanda çıxan "Joxovurd" qəzeti yazıb.

Məlumata görə, qəzet şirkətin mətbuat xidmətinə elektrik enerjisinin bahalanması və ölkədə baş verənlərə şəbəkə rəhbərliyinin münasibətini öyrənmək istəyib. Bunun üçün şirkətin mətbuat katibi Natali Sarcanyana müraciət ediblər. O, məsələyə münasibət bildirməkdə çətinlik çəkdiyini deyib: "Yevgeni Bibin şirkətin Direktorlar Şurasının toplantısında iştirak etmək üçün Moskvaya gedib. O məzuniyyətdədir. Nə vaxt qayıdacağını bilmirəm".

"Ermənistan Elektrik Şəbəkəsi"nin yiyəsi Rusiyanın "İnter RAO EES" şirkətidir.

Xatırladaq ki, Ermənistanda elektrik enerjisinin bahalaşmasına qarşı iyunun 19-dan etiraz aksiyaları keçirilir. Müxtəlif şəhər və rayonlarda minlərlə insan küçələrə çıxaraq hökumətin qərarına etirazını bildirir. İyunun 23-də səhər saatlarında polis paytaxt Yerevanda keçirilən aksiyanı zorakılıqla dağıdıb və 237 aksiya iştirakçısı həbs olunub. Onlara qarşı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. Aksiyalar davam edir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol