• $
  • €
  • ₽
  • ₺
  • £

Ruhani: "Biz razılaşmaya sadiq qalacağıq"

Ruhani: "Biz razılaşmaya sadiq qalacağıq"
29.05.2020 01:53
Prezident Həsən Ruhani İran və "P5+1" ölkələri arasında dünən əldə olunan nüvə müqaviləsinə sadiq qalacağını ifadə edib.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Ruhani "Qarşı tərəf müqaviləyə əməl edəcəyi müddətdə biz də ona riayət edəcəyik" - açıqlamasını dünən Tehranda keçirdiyi mətbuat konfransında dilə gətirib.

İranın atom bombası istehal etmək istəmədiyini deyən Ruhani, -  "Bizim dini liderimizin atom bambasını haram buyurduğu haqqında fətvası var və bunu bütün dünya bilməlidir. İstər müqavilə olsun, istər olmasın, istər müqaviləyə riayət olunsun, istər ruayət olunmasın, İran heç vaxt atom bombası haqqında düşünməyib, bundan sonra da düşünməyəcək" - fikirlərini qeyd edib.

Qonşu və bölgə ölkələrinə səslənən İran prezidenti İsrailə öz xəbərdarlığını çatdırıb: "Sionist İsrail rejimi və İran xalqının pisliyini istəyən propoqandalara qətiyyən aldanmayın. İranın gücü daim sizin gücünüzdür. Biz bölgənin təhlükəsizliyini həm də öz təhlükəsizliyimiz sayırıq. İranın hərtərəfli inkişafı bütün qonşularımızın məənfətinə də uyğun olacaqdır. Bölkə ölkələri ilə münasibətlərimiz bu gün yeni bir başlanğıcın əsasını qoydu".

Qeyd edək ki, dünən Vyanada İran və "P5+1" ölkələri arasında nüvə proqramının həlli ilə bağlı müqavilə imzalanıb.

Həmin şərtlərin bir qismi belədir:
 
- İran nüvə obyektlərinin nəzarətə götürülməsini qəbul edir. 
 
- BMT mütəxəssisləri hərbi zonalara nəzarət edəcək, ancaq İran da öz növbəsində yoxlanışla bağlı etiraz etmək haqqına sahib olacaq.
 
- İrana qarşı neft, qaz, maliyyə, aviasiya və dəniz nəqliyyatı sahələrində tətbiq edilən sanksiyalar aradan qaldırılacaq.
 
- İran beynəlxalq banklarda dondurulan milyard dollarlarla hesablarına yenidən sahib olacaq.
 
- BMT-nin silah embarqosu 5 il, raket sanksiyaları isə 8 il qüvvədə qalacaq.
 
- Əgər İran müqavilənin şərtlərini pozarsa, sanksiyalar 65 gün ərzində yenidən qüvvəyə minəcək.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol