• $
  • €
  • ₽
  • ₺
  • £

İqtisadi islahatlar paketi səsverməyə çıxarılır

İqtisadi islahatlar paketi səsverməyə çıxarılır
29.05.2020 06:10

Yeni planda vergilərin artırılması, gəlirin həcminə görə əlavə vergi tutulması və s. nəzərdə tutulur.

Yunanıstanın beynəlxalq kreditorlardan ardıcıl 3-cü kredit tranşı əldə etməsi üçün təklif etdiyi islahatlar planı bu gün ölkə parlamentində yenidən müzakirəyə çıxarılacaq. ANS PRESS-in məlumatına görə, yeni planda vergilərin artırılması, eyni zamanda, gəlirin həcminə görə əlavə vergi tutulması, ölkənin müdafiəsinə ayrılan xərclərin 2016-ci ilə qədər 300 milyon avro həcmində ixtisar edilməsi nəzərdə tutulur.

Plan bir qədər əvvəl rəsmi Brüssel tərəfindən bəyənilmiş və qəbul olunmuşdu. Yeni plan qanunvericilərin səsverməsi əsasında qüvvəyə minəcək. Plan mahiyyət etibarilə Avropanın sərt iqtisadi tədbilərinə tabe olduğu üçün Yunanıstanda bir qədər əvvəl baş nazir Aleksis Tsiprası dəstəkləyənlər indi ona qarşı çıxırlar. Siriza partiyasının üzvləri baş naziri referendumda verilən vədlərə əməl etməməkdə təqsirli biliblər.


Bu gün keçiriləcək səsvermədə müxalif partiyaların da planı təsdiqləyəcəyi gözlənilir. Müxalifətçilər bunun istənilən halda ölkənin avrozonada qalması üçün vacib addım olduğunu deyiblər. Baş nazir Aleksis Tsipras bildirib ki, Avroqrup Afinanın planını qəbul etməsi Avropada həmrəylik və demokartiyaya doğru atılan bir addım idi. Tsipras avropalıların təqdim etdiyi islahatlar planının effektivliyinə inanmadığını, bununla belə planı icra etməyə hazır olduğunu deyib.

"İcazə verin həqiqəti deyim. Xoşagələn bir mənzərə təsvir etməyə çalışmayacağam. Afinada danışıqlar davam etdiyi bir vaxtda avropalılar gecəni dərin narahatlıqlar içində keçirdilər. Bu günlər gələcəkdə bir daha xatırlanmamalıdır. Avropa sammiti və avroqrupun gəldiyi nəticə təzyiqlərə məruz qalan bir xalqın qəbul etdiyi demokratik qərarlar əsasında ortaya çıxdı. Bizim iki seçimimiz var idi, ya şərtləri qəbul etmək, ya da müflis olmaq və avrozonanı tərk etmək, digər bir versiya isə, müflis olmadan Avrozonanı tərk etmək idi”

Beynəlxalq Valyuta Fondunu hesablamalarına görə, Yunanıstanın dövlət borclarını ödəməsi üçün nəzərdə tutulan kredit məbləği kifayət etməyə bilər. Buna səbəb kimi isə, son 2 həftə ərzində ölkə iqtisadiyyatına və bank sisteminə dəyən ziyan göstərilir. Fond rəsmiləri Afinanı daha qənaətcil addımlar atmağa çağırıblar.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol