“X Factor”da azərbaycanlı qıza qarşı haqsızlıq

13:08 | 06.03.2014
“X Factor”da azərbaycanlı qıza qarşı haqsızlıq

“X Factor”da azərbaycanlı qıza qarşı haqsızlıq

Türkiyənin özəl telekanallarından birində yayımlanan mahnı yarışmasında azərbaycanlı iştirakçıya haqsızlıq edilib.ANS PRESS xəbər verir ki, Türkiyənin “Kanal D” televiziyasında yayımlanan “X Factor: Star İşığı” müsabiqəsində həmyerlimiz Gülnar İdrisova münsif üzvlərdən Ömer Karacan tərəfindən müsabiqədən uzaqlaşdırılıb.Bundan əvvəlki çıxışı münsiflər tərəfindən bəyənilən iştirakçı 6 kreslodan birində oturmaq hüququ qazanıb. Ötən gün çıxışı zamanı isə komandasında olduğu Ömer Karacan onu yarışdan uzaqlaşdıraraq digər münsifləri də təəccübləndirib.Gülnar İdrisova münsifin haqsız qərarını bu cür izah edib:“Mən Azərbaycan mahnıları oxuduğuma görə Ömer Karacan məni sevmirdi. O, ilk gündən mənə qarşı bu münasibətdə idi. İngilis mahnısı oxumadığıma görə yarışmadan uzaqlaşdırıldım. Yenə də hər şeyi tamaşaçı və digər jürilər gördü. Mənim nəsə deməyim artıqdır”.21 yaşlı həmyerlimiz müsabiqədən uzaqlaşdırılmasını sosial şəbəkədə izləyicilərilə paylaşıb.“Çox xahiş edirəm, türk azərbaycan ayrıseçkiliyini eləməyin. Ən azından 3 münsif orada türk idi, onlar sevdilər səsimi” - deyə, Gülnar ayrıseçkilik edildiyini yazan izləyicilərinə cavab verib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM