Xalq artisti Hüseynağa Sadıqovun 100 illiyi qeyd olunacaq

21:22 | 16.05.2014
Xalq artisti Hüseynağa Sadıqovun 100 illiyi qeyd olunacaq

Xalq artisti Hüseynağa Sadıqovun 100 illiyi qeyd olunacaq

Mayın 20-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli sənətkar, xalq artisti Hüseynağa Sadıqovun anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli xatirə gecəsi keçiriləcək.

 

Teatrdan APA-ya verilən məlumata görə, tədbirdə sənət adamları çıxış edərək görkəmli aktyor haqqında fikirlərini bölüşəcək, sənətkarın çəkildiyi filmlərdən və oynadığı rollardan kadrlar nümayiş etdiriləcək. Tədbirin quruluşçu rejissoru teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

 

Teatrın foyesində ölməz aktyorun yaradıcılığını əks etdirən fotosərgi tamaşaçılara təqdim olunacaq.

 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM