Xalq artistinin evindən oğurluq edən xadiməyə - Cəza

22:13 | 24.06.2019
Xalq artistinin evindən oğurluq edən xadiməyə - Cəza

Xalq artistinin evindən oğurluq edən xadiməyə - Cəza

Xalq artisti Zülfiyyə Xanbabayevanın evindən oğurluq etməkdə təqsirləndirilən xadimə Əntiqə Şirinovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Anews.az Teleqraf.com-a istinadla xəbər verir ki, Nəsimi rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Əntiqə Şirinova barəsində 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Əntiqə Şirinova 2013-cü ildən 2018-ci ilədək Zülfiyyə Xanbabayevanın Azadlıq prospektində yerləşən evində qulluqçu işləyib.

O, evdən müğənniyə məxsus 2000 manat məbləğində paltar, 600 manat məbləğində kosmetika, 1520 manat məbləğində nağd pul vəsaitini oğurlayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb