Xanım Qafarovanın vəziyyəti kəskin pisləşdi

10:35 | 22.05.2014
Xanım Qafarovanın vəziyyəti kəskin pisləşdi

Xanım Qafarovanın vəziyyəti kəskin pisləşdi

“Səhhətimlə əlaqədar təcili Türkiyəyə getməliyəm. Amma elə vəziyyətdəyəm ki, təyyarəyə minə bilmirəm”.

Bunu AzNews.az-a açıqlamasında əməkdar artist, Musiqili Teatrın aktrisası Xanım Qafarova bildirib. Onun sözlərinə görə, qan azlığı onun hərəkətsizliyinə səbəb olub: “Qanım çox aşağıdır. Necə gündür ki, həkimlər mənə dayanmadan qan köçürür. Amma kimyaterapiya prosesindəki şüalar qanımı yeyir. Bu üzdən də vurulan qanın mənə bir xeyri yoxdur. Özümdə hərəkət edə bilmirəm. Qoluma girməsələr bir addım belə ata bilmərəm”.Qeyd edək ki, Xanım Qafarova xərçəng xəstəlikdən əziyyət çəkir. Heydər Əliyev Fondunun maliyyə yardımı ilə 3 dəfə əməliyyat olunub və Türkiyədə bir-birinin ardınca müalicə kursu keçib. ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM