Xaricdə yaşayan azərbaycanlılar və yaşadıqları ölkələrdə məşhur olan şəxslər sosial şəbəkə hesablarından Azərbaycana və Azərbaycan Ordusuna dəstək nümayiş etdirirlər.
Bu barədə anews.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Onların bir qisminin paylaşımlarını təqdim edirik:
Türkiyədə yaşayan dünyaca məşhur azərbaycanlı dizayner Rüfət İsmayıl da sosial şəbəkə hesabında "Qarabağ Azərbaycandır!” yazısı ilə şəkil paylaşaraq Azərbaycana dəstək nümayiş etdirib. Növbəti paylaşımında isə instagram izləyicilərinə müraciət edib: "Azərbaycan öz ərazisində ərazi bütövlüyü uğrunda müharibə aparır. Bu sizin torpaqlarınızda baş versəydi nə edərdiniz?”.
ABŞ-da yaşayan soydaşımız, şair, yazıçı, filologiya elmləri doktoru YUNESKO-nun Fəxri Mədəniyyət Səfiri Aleksandr Səlimov şəxsi sosial hesabında torpaqlarımızın işğal edilməsi uğrunda mübarizə aparan ordumuza dəstək nümayiş etdirib. O, şəxsi twitter hesabında yazır: "Azərbaycan işğal edilmiş Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan və digər işğal olunmuş ərazilərinin azad olunması uğrunda mübarizə aparmağa məcbur idi. Azərbaycanın yanında olun!”
Aleksandr hazırda Delaver Universitetində İspan və Latın Amerikası ölkələri ədəbiyyatından dərs deyir. 2008-2010-cu illərdə Delaver Universitetinin Senatoru seçilib, 2010-2012-ci illərdə isə Delaver Universiteti Senatının Prezidenti olub.
Rusiyada yaşayan azərbaycanlı jurnalist Səadət Kadırova da sosial şəbəkə hesabında Azərbaycana dəstək olduğunu nümayiş etdirib. Onun fikirləri bu sözlərlə başlayıb "Azərbaycan cəmiyyəti heç vaxt əvvəlki kimi olmayacaq…”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !