XƏBƏR ANı: Bakı Metropolitenində kassalar niyə ləğv olunur? - ANN.TV

16:45 | 28.09.2015
XƏBƏR ANı: Bakı Metropolitenində kassalar niyə ləğv olunur? - ANN.TV

XƏBƏR ANı: Bakı Metropolitenində kassalar niyə ləğv olunur? - ANN.TV

Oktyabrın 1-dən etibarən köhnə metro kartlarının istifadə müddəti bitir. Bununla yanaşı Bakı Metropoliteninin bütün stansiyalarında da kart satışı, gediş haqqının yüklənməsi, həmçinin pul xırdalama fəaliyyəti göstərən xəzinələrin funksiyası başa çatacaq. Artıq Bakı metrosundan istifadə edənlər pullarını metro stansiyalarında xırda pul vahidlərinə çevirə bilməyəcəklər. 

ANN.TV-nin çəkiliş qrupunun əməkdaşları bu mövzuya toxunublar. Bakı Metropilteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Nəsimi Paşayev yeni Bakı Kart aparatlarının gətiriləndən sonra artıq metrostansiyalardakı xəzinələrin fəaliyyətinin sıfıra bərabər olduğunu deyib. 

Bəs metrostansiyalardakı xəzinələrin ləğv olunmasına paytaxt sakinlərinin fikirləri necədir? 

Xatırladaq ki, avqust ayının 8-dən etibarən  Bakı Metrosunda yeni Bakı Kartların istifadəsinə başlanılıb. 

Hazırladılar:
Aynur Məmmədova
Orxan Aslanlı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb