Xəbər ANı: İş xatirinə iş? - ANN.TV

20:10 | 08.10.2015
Xəbər ANı: İş xatirinə iş? - ANN.TV

Xəbər ANı: İş xatirinə iş? - ANN.TV

Oktyabrın 9-da Bakıda IX Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgisinə start veriləcək. Sərginin təşkilində məqsəd tələbələrə gələcək karyeralarının qurulmasında yardımçı olmaqdır. Sərginin başlaması məqsədilə təşkil olunan tədbirdə layihə meneceri Alıyə Nəcəfli, Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov, "CEO" şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə və digərləri iştirak edib. 
 
Təşkilatçılar layihənin mahiyyəti, məqsəd və məramı haqqında icitmaiyyətə məlumat ötürüblər.
 
ANN.TV-nin çəkiliş qrupu gənclərin, xüsusən də təhsili yeni başa çatdıran universitet məzunlarının bu kimi sərgilərdən nə kimi yararlandığını araşdırıb.
 
Şəhər sakinləri arasında aparılan sorğunun da nəticələri maraqlıdır. Çünki bir qisim həmsöphbətimiz belə sərgilərin keçirilməsini mənasız, bir qisim isə faydalı hesab edib.
 
Qeyd edək ki, Təhsil və Karyera Sərgisi "Bakı Expo" Mərkəzində oktyabrın 11-ə kimi davam edəcək.
 
Hazırladılar:
Aynur Məmmədova
Orxan Aslanlı

 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb