XƏBƏR ANI: Qarabagdan son video

10:00 | 24.01.2016
XƏBƏR ANI: Qarabagdan son video

XƏBƏR ANI: Qarabagdan son video

Bir vaxtlar gözəlliyindən ağız dolusu danışdığımız Qarabağ artıq filmlərdə gördüyümüz, qurd-quş ulayan, viranə qalmış diyarlardan heç də fərqlənmir. Dünyanı gəzən həmyerlilərimiz ən ucqar nöqtələrin şəkillərini çəkib paylaşa bildiyi halda, Qarabağ onlar üçün əlçatmaz olub. Belə ki, Qarabağı qiyabi olsa da, xarici jurnalistlərin, dünya səyyahlarının ora etdikləri səfərlər zamanı çəkdirdikləri şəkil və videolardan görürük.

Bu yaxınlarda ikinci dünya səyahətinə çıxan yapon səyyah Yusuke Watanabe Azərbaycandada olub. Bu vaxt azərbaycanlı dostlarından Şəfəq Əskərova səyyahdan Qarabağa getməyini xahiş edib. Bakını və qonaqpərvərliyimizi sevən səyyahın Qarabağ məsələsi diqqətini çəkdiyi üçün mütləq oraya gedəcəyini bildirib.

Qarabağda olan zaman Yusuke gördüyü mənzərədən şoka düşüb. Səyyahdan Qarabağı necə gördüyünü soruşanda bu mənzərələri ancaq bir cümlə ilə ifadə edə biləcəyini söyləyib: "Qafqazın Hiroşiması”.

Yusuke Ağdamdan çəkdiyi videonu "Qafqazinfo"ya göndərib.

Səyyahın sözlərinə görə, sərhəddi keçəndən sonra oranı bir əsgərlə gəzib. Dil probleminə görə əhali ilə ünsiyyət qura bilməyib.

Səyyahın dekabrda Qarabağdan çəkdiyi fotoları və Ağdamdan lentə aldığı videonu təqdim edirik:
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM