Xəbər ANı: Yanan binanın sakinləri kompensasiya tələb edir - ANN.TV

15:00 | 25.05.2015
Xəbər ANı: Yanan binanın sakinləri kompensasiya tələb edir - ANN.TV

Xəbər ANı: Yanan binanın sakinləri kompensasiya tələb edir - ANN.TV

Xətai rayonu, Zığ şossesi 16 ünvanında doqquzmərtəbəli yaşayış binasında baş verən güclü yanğında zərər çəkən vətəndaşlar Bakı şəhər İcra Hakimiyyəti qarşısında etiraz aksiyası keçirib. Onlar hadisənon aprelin 10-da olmasına baxmayaraq indiyə qədər kompensasiya ala bilməmələridir. Onların mənzilləri təmir edilsə də, yanmış ev əşyalarının müqabilində dövlət tərəfindən verilməsi vəd olunan kompensasiyanı ala bilməyiblər. 

ANN.TV-nin çəkiliş qrupuna açıqlamalarında yanmış binanın sakinləri hadisədən 45 gün ötsə də, heç bir dövlət məmurunun qəbuluna düşə bilmədiklərini, şikayətlərinə baxılmadıqlarını deyiblər: "Bizə sadəcə 4 divar veriblər. 20 ilin evi bir dəqiqədə yanıb kül oldu. Biz sadəcə canımızı götürüb qaçdıq. Hadisə sizin məmurların səhvi ucbatından olub, zəhmət çəkin şikayətimizə də baxın".

Qeyd edək ki,  yanğın nəticəsində binanın fasadı yanıb, 60 mənzil yanaraq yararsız hala düşüb. 107 mənzilin olduğu binada 408 nəfərin yaşadığı bildirilir. Yanğında ölən olmasa da, bir neçə sakin tüstüdən zəhərlənib. Yanğına səbəb kimi penoplast üzlüklər göstərilib.


Hazırladı: Rasim Əliyev

 
 
 

 
 
 
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM