Xəbər ANı: "Nar Pavilyonu"nun açılışı oldu - ANN.TV

18:05 | 11.06.2015
Xəbər ANı:

Xəbər ANı: "Nar Pavilyonu"nun açılışı oldu - ANN.TV

"Nar Mobile” Milli Parkda yeni "Nar Pavilyonu”nun açılışını elan edib. 

Üç hissədən ibarət pavilionda qonaqlar "Nar” brendinin yenilənmə tarixçəsi ilə yaxından tanış olacaq, su səthində unikal videogörüntü izləmək şansı əldə edəcək, Avropa Oyunları atmosferinə qərq olacaq, fotolar çəkdirəcək və "Nar” operatorundan müxtəlif hədiyyələr alacaqlar.
 
"Azerfon” şirkətinin baş icraçı direktoru Kent Maknili və Bakı-2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq qonaqları salamlayaraq, Avropa Oyunlarının Azərbaycan üçün olan əhəmiyyətindən söhbət açıblar və onları bu möhtəşəm idman tədbirindən zövq almağa dəvət ediblər.

Pavilyonun fəaliyyət saatları 14:00-dan gecəyarısı saat 00:00-dəkdir.

ANN.TV-nin çəkiliş qrupunun "Nar”ın yeni brendinin və Bakı-2015 ilk Avropa Oyunları ilə rəsmi tərəfdaşlığa həsr olunmuş pavilyonunun geniş ictimaiyyətə təqdim edilməsindən bəhs edən video-süjetini oxuculara təqdim edirik.

Hazırladı: Aynur Məmmədova

 
 
 
 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM