Xidaşeli: Ermənistan ilə əməkdaşlığımız strateji deyil

14:06 | 16.05.2016
Xidaşeli: Ermənistan ilə əməkdaşlığımız strateji deyil

Xidaşeli: Ermənistan ilə əməkdaşlığımız strateji deyil

Ermənistanın seçimi bizim bu ölkə ilə əməkdaşlığımızın səviyyəsini bir dost ölkə kimi, yəni strateji əməkdaşlıq olmadan müəyyənləşdirir.

Oxu.Az "Qruziya Onlayn”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli Qəbələdə Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin yekun mətbuat konfransında bildirib.

Xidaşelinin sözlərinə görə, Gürcüstanın məqsədi Avratlantik inteqrasiyadır, Türkiyə isə NATO-nun üzvdür. Ona görə də bu vəziyyət gürcü-türk strateji əməkdaşlığını müəyyənləşdirir, Ermənistan ilə münasibətdə isə belə bir vəziyyət mövcud deyil.

"Biz seçmirik! Biz seçim etmirik. Mən Yerevanda 2016-cı ilin yanvar ayında olmuşam, orada Azərbaycan və Türkiyənin Gürcüstanın strateji əməkdaşı olduğunu demişəm...”.

Gürcüstanın çox sayda dostu və tərəfdaşı var. Bu gün Gürcüstan üçün ən vacib olan regionda sülhün bərqərar olmasıdır. Biz sabitlik paktının bir hissəsi olmaq üçün əlimizdən gələni edəcəyik.

Biz Ermənistan ilə işləyirik, bu ölkə qonşumuzdur və bizim aramızda problem olmayacaq, dediyimiz kimi, birgə addımladığımız yolda tərəfdaşlıq da var – Türkiyə NATO-nun bir hissəsidir və Gürcüstan NATO-ya üzv olmaq istəyir.

Bu bizim strateji tərəfdaşlığımızı müəyyən edir. Ermənistan başqa seçim edib. O, Avrasiya İttifaqına daxil oldu, biz ora daxil olmağa hazırlaşmırıq. Bu bizim Ermənistan ilə dostluq üzərində qurulmuş, strateji tərəfdaşlıq olmadan əməkdaşlığımızın səviyyəsini də müəyyən edir”, -Tinatin Xidaşeli bəyan edib.

Onun sözlərinə görə, Gürcüstanda yetərincə böyük erməni diasporu yaşayır, ona görə də Gürcüstan üçün Ermənistan ilə münasibətlər, Azərbaycan ilə olan münasibətlər qədər mühümdür. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb